Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda, Rusiya “bədməramlılarının” müvəqqəti nəzarətində olan yolun bir hissəsində, ekoloji terrora son qoyulması tələbi ilə keçirilən dinc aksiya on gündür ki, davam edir. İnsanlığını hələ də itirməyən, regionumuzda baş verən hadisələrə, xüsusilə də, erməni faşitlərinin işğal etdiyi ərazilərimizdə 30 ilə yaxın müddətdə insanlığa qarşı törətdiyi vəşiliklərə, eləcə də, təbii sərvətlərimizin vəhşicəsinə istismarına obyektiv qiymət verən insanlar, azərbaycanlı aktivitlərin qeyd edilən hərəkətinə müsbət yanaşır, onun güya Xankəndi və ətrafında məskunlaşan (çoxlarının qeyri-qanuni) bir ovuc ermənini güya “hümanitar fəlakətə” sürüklədiyini qətiyyətlə rədd edir!
Ancaq, təəssüf ki, türk düşmənçiliyinin gözlərini bağladığı, qulaqlarını kar etdiyi, özlərinin dünyanın müxtəlif ölkələrində törətdikləri soyqrımları, insanlığa qarşı cinayətlərini “görməzlikdən gələn” Fransadakı, Kanadadakı, ABŞ-dakı, İrandakı və Laçın dəhlizinin harada yerləşdiyini bilməyən digər ölkələrdəki bəzi mənfur qüvvələr, adətlərinə xas şəkildə, yenə də, haqsız olaraq Azərbaycanı günahlandırmağa, ölkəmizə qarşı qarayaxmalara cəhdlər edirlər. Bu xüsusda sözdə “müsəlman qardaşlığından” bəhs edən, əməldə ermənidən betər erməni olan İran İslam (?) Respublikası xüsusi canfəşanlıq, özü də, açıq-aşkar-göstərir.
Azərbaycanımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəni, ərazilərimizin işğaldan azad edilməsini heç cür həzm edə bilməyən, regionumuzda yaranmış yeni reallıqları qəbul etmək istəməyən, öz vətəndaşlarının elementar insan haqlarını pozan, gənc qadını döyə-döyə öldürən, uşaqları edm edən İran, Qarabağda ilişib qalmış bir ovuc erməninin haqlarını müdafiə edir!? Bu xüsusda İrana xatırlatma: biz, azərbaycanlılar, 30 ildən çoxdur ki, İran dövlətinin, onun mollalarının, ölkəmizə qarşı ərazi iddialarını, Azərbaycanı “Şimali İran” adlandıraraq dövlətimizin azadlığını, süverenliyini əməldə qəbul etmək istəmədiyini, ərazilərimizin erməni faşitləri tərəfindən işğalına və 30 ilə yaxın işğal altında saxladığına hərtərəfli yardım göstərdiyini, işğal altında olan ərzilərimizdə bütün daşınar və daşınmaz əmlakımızı talan etdiyini və s. unutmamışıq, mehriban qonşuluq naminə dözmüşük!Ancaq, hər şeydən göründüyü kimi, İran ölkəmizə qarşı düşmənçilini daha açıq şəkildə davam etdirir, Ermənistana, Qarabağda hələ də ilişib qalmış bir övuc quldur-seperatçılara iqtisadi-siyasi və getdikcə artan həcimdə hərbi dəstək verir, onları Azərbaycana qarşı yeni təcavüzə təhrik edir. İran, sən ölkəmizə qarşı bu mənfur hərəkətlərinin bundan sonra da cavabsız qalacağını düşünürsən? Çevril, bir ətrafına, bir də ölkəninin daxilllində baş verənlərə diqqət et! Odla oynama İran, nə qədər ki, ”qardaş yumuruğu” başına enməyib ağlını başına yığ! 21 Azər Hərəkatını da unutma!
Teyyub Əliyev-Təkamül Partiyasının sədri