Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Roma Papasının növbəti erməni təəssübkeşliyi

Roma Papasının növbəti erməni təəssübkeşliyi


Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dekabrın 12-dən bu günə qədər davam edir. Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, yerli mütəxəssislər mədənlərdə monitorinqin aparmasına imkan yaradılmasını tələb edir və inadla artıq 9 cu gündür ki, aksiyaya davam edirlər.İqtisadi talançılığı əleyhinə Laçın-Xankəndi yolunda davam edən aksiyaya Fransanın, Kanadanın, Rusiyanın, ABŞ-ın və hətta Litva kimi "cırtdan" dövlətlərin də sərgilədikləri ədalətsiz münasibəti onu göstərir ki, biz də öz iradəmizdən asılı olmayaraq Üçüncü Dünya müharibəsinin bir parçasına çevrilmişik.Erməni lobbisinin təsiri altında olan bir çox dövlərlər kimi Vatikan dövləti də, hər zaman olduğu kimi erməni təəssübkeşliyini çəkir, hər vasitə ilə ermənilərə dəstək verir. Roma Papasının illərdir hər addımı da bütün bu siyasətin davamıdır. Qondarma “erməni soyqırımını” rəsmən tanıyan Roma Papası I Fransisk bu dəfə Laçın dəhlizindəki vəziyyətdən narahatlığını bildirib.

"Mən qış mövsümündə insanların həyatının daha da pisləşə biləcəyi çətin humanitar şəraitdən narahatam", - deyən Roma Papasının bu işə qoşulması təsadüfi deyil.Papa Fransiskin ermənipərəst olması heç kimə sirr deyil. 2013-cü ildə, Vatikan papası seçilməmiş və Fransisk adını qəbul etməmişdən əvvəl Buenos Ayresin yepiskopu olan kardinal Berqolyonun Argentinanın erməni icması ilə yaxın münasibətləri var idi. Kardinal Berqolyonun hələ 2010-cu ildə ispan dilində yenidən nəşr olunmuş “Göydə və yerdə” adlı kitabında qeyd olunur ki, “Böyük dövlətlər ermənilərin soyqırımı zamanı danışdıqlarından çox bildikləri halda “əllərini yudular”. Kitabın “Din haqqında” adlanan bölməsində isə XX əsrdə türklərin özlərini allah saydıqları üçün şəhər və kəndləri yerlə yeksan etdikləri kimi fikirlər yer alır. Berqolyonun dediyinə görə, türklər ermənilərə qarşı, almanlar yəhudilrə qarşı, Stalin kommunistləri isə ukraynalılara qarşı belə əməllər törədiblər.

Ermənilər tarix boyu böyük qüvvələr tərəfindən öz məqsədləri üçün istifadə olunub və yənə də Vatikan erməni faktorundan istifadə etmək istəyir.Ermənistanı məqsədyönlü şəkildə yazıq, himayəsiz təqdim etmək niyyəti ilə edilən çağırış hər zamankı kimi birtərəfli məqsəd daşıyır və bu, əsaslandırılmış addım deyil. Papanın da erməni təbliğatına uyaraq belə birtərəfli qənaətə gəlməsi aydın olaraq göstərir ki, ermənilər hiləgərcəsinə Qarabağ məsələsini xristian ölkələrində bir dini məsələ kimi təqdim edir. ”Din təəsübkeşi” Papa Azərbaycan torpaqlarındakı təbii sərvətlərin işğalına son qoyulmasını, 30 il müddətində bir milyondan artıq insanın pozulmuş hüquqlarının bərpasını tələb etsəydi, bu daha humanist və onun mövqeyinə yaraşan olardı.Nəinki Azərbaycan tərəfi xristian azlıq olan etnik ermənilərini Qarabağda “genosidə” məruz qoyur yönlü çıxışları.

Papa ona inananları və itaət edənləri işğal etməməyə, qan tökməməyə, başqalarının hüquqlarını pozmamağa çağırmalıdır. Humanitar fəlakətdən söz açan baş pontifikin ekaloji terrorla bağlı susqunluğu xristian təəsübkeşkiyi yox, din adamı adına yaraşmayan ədalətsizlikdir.Necə ki, II Qarabağ Müharibəsində bütün Ermənistan katalikosu II Qareginin müraciət edərək, kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması kimi.

Acı məğlubiyyətdən dərs çıxarmaq əvəzinə

Din xadiminin ən ümdə mənəvi borcu insan həyatını qorumaq, ədalətə söykənməkdir.Necə olur ki, uzun illərdir istər Roma Papası istərdə II Qaragenin dini lider olaraq hər zaman Ermənistanın işğalçı siyasətinə dini don geyindirərək, daha böyük fəlakətlərə səbəb ola biləcək xristian-müsəlman qarşıdurması amallarına xidmət edir. Ermənilərin tarix boyu qəsbkarlıq planlarının, erməni məkrinin ilhamvericisi qismində erməni kilsəsi çıxış edib. Erməni kilsəsi bütün dövrlərdə bizi düşmən adlandıraraq, beynəlxalq birliyi “bu vəhşılikdən qurtarmağa” çağırıb. Sual olunur - öz torpaqlarını qəsbkarlardan azad etmək nə vaxtdan vəhşilik adlanır, yoxsa, Azərbaycan ərazilərində, Xocalıda, Gəncədə, Tərtərdə dinc əhaliyə qarşı törətdiyiniz vəhşilikər Qareqinin dediyi kimi, “vətən və dövlətçiliyin qorunması üçün” tarixə qanlı hərflərlə yazılıb?

Birinci Qarabağ müharibəsindən başlayaraq , hər dəfə erməni kilsəsi təcavüzkar rolunda çıxış etdi. Baxmayaraq ki, bütün dinlərin, o cümlədən səmavi dinlərin əsas çağırışı sülhdür. Sonuncu müharibədə biz əlində avtomat müharibə çağırışı edən keşiş, yaxud da vuruşub ölən və əsir düşən erməni din xadimlərini gördük. Konkret misal: İkinci Qarabağ müharibəsində məcburi şəkildə döyüşə göndərilən, lakin əsir götürülən erməni din xadiminin etiraflarında bu, əsas xətt kimi keçir. Əsir erməni əsgəri erməni patriarxı 2-ci Qareqinin müharibə çağırışlarından bezdiklərin diqqətə çatdırıb: "Mənim mövqeyim müqəddəs kitabın mövqeyidir və müqəddəs kitab insanları sülhə çağırır. Öldürmək böyük günahdır. Buna görə də erməni din xadimlərinin müharibə çağırışlarını qınayıram. Təəssüf ki, vətənimdə erməni kilsəsinin digər icmalara münasibəti pisdir, onları sekta hesab edir. Mən orda olan zaman Azərbaycan tərəfindən hər hansı bir kilsənin bombalanmasının və ya atəşə tutulmasının şahidi olmadım”.

Əgər bu çıxışı edən şəxsin qarşısında keşiş savaşa, qan tökməyə səslədiyini görməsən sanki adama elə gəlir ki, bu sözləri qana susamış hərbi rəhbər deyir. Amma çox təəssüf ki, bu ifadələr ürəyində Allah eşqi gəzdirdiyini idda edən, iman gətirdiyi peyğəmbərin “Öldürmə!” çağırışna səs verən bir dini rəhbərin əsl niyyətini ortaya qoyur.Beləliklə, bütün bunlardan hansı nəticəyə gəlmək mümkündür? Erməni xalqı hələ də, millətçilik, başqa xalqlara nifrət, torpaqlarını işğal altında saxlamaq mərəzindən qurtula bilmirlər. Bəlkə də qurtulmaq istəyərdilər, lakin onları bundan yaxa qurtarmağa qoymurlar. Və bu işdə faşist ideyalarının carçısı olan erməni kilsəsi, din xadimləri və Roma Papası əvəzsiz rol oynayırlar. Bu faktlar dəfələrlə Rusiya və digər ölkələrin mediasında araşdırma mövzusu olub. Ümid etmək olar ki, heç olmasa, 9 gündür yumruq kimi birləşən xalq –iqtidar birliyi onları müəyyən dərslər çıxarmağa vadar edəcək. Əks təqdirdə, indikindən də rəzil duruma düşəcəklər.Göründüyü kimi katolikos Papanın Dağlıq Qarabağda keçirilən aksiyaya dünya ictimaiyyətinə “əzabkeş erməni xalqına” olan hucum kimi təqdim etmək cəhdləri heç bir halda ciddi qəbul edilmir və “dini çətir” altında toplanan bu iddialar birtərəfli mövqe sərgiləyir.Azərbaycanın isə həmişə olduğu kimi haqq uğrunda apardığı növbəti mübarizəsi bölgədə ədalətin təmin olunmasına hədəflənib və davam edir...

Aygül Bağırova
Xəbəri paylaş