Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Azərbaycanın alternativ enerji mənbələrinin əldə edilməsi sahəsində böyük potensialı və perspektivi vardır

Sədaqət Vəliyeva: Azərbaycanın alternativ enerji mənbələrinin əldə edilməsi sahəsində böyük potensialı və perspektivi vardır


Bu gün Azərbaycanda müdrik xarici siyasət kursu həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınması, ölkələrlə mövcud əlaqələrin daha da genişləndirilməsi, yeni-yeni əlaqələrin qurulması istiqamətində gecə-gündüz yorulmadan çalışır. Bunun üçün mütəmadi olaraq görüşlər keçirir, xarici ölkələrə səfərlər edir.

Bunu Newscenter.az-a-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rumıniyaya işgüzar səfəri xeyli məhsuldar və səmərəli olmaqla yanaşı bir sıra tarixi hadisələrlə yadda qaldı. Səfər zamanı Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynamasının göstəricisidir. Tədbirdə dövlət və hökumət rəhbərləri ilə yanaşı, Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin iştirak etməsi strateji tərəfdaşlıq haqqında Sazişin böyük əhəmiyyət və xüsusi önəm daşımasından xəbər verir. Ölkəmiz növbəti dəfə Avropanın enerji təhlükəsizliyinə töhfə vermiş oldu.

Son zamanlar Azərbayanda bərpaolunan enerji növlərinin istehsalı sahəsində böyük işlər həyata keçirilmişdir. Ölkəmizdə əlverişli coğrafi mövqe, bolsulu çaylar, yüksək günəş miqdarı mövcuddur. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanın alternativ enerji mənbələrinin əldə edilməsi sahəsində böyük potensialı və perspektivi vardır:

“ Bu gün Azərbaycan istər enerji istərsə də digər sahələrdə öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və planlaşdırılan qaydada icra etmiş, özünü dünya miqyasında sözünəbütöv, etibarlı tərəfdaş kimi tanıtmışdır. Ölkəmiz tərəfindən icra olunan və həyata keçirilən enerji layihələri Azərbaycanın qüdrətlənməsinə, mövqeyinin möhkəmlənməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına hesablanmışdır.”

Ruhiyyə
Xəbəri paylaş