Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə sahillərində gəmidə yanğın olub, 1 nəfər ölüb, 16 nəfər xəsarət alıb

Türkiyə sahillərində gəmidə yanğın olub, 1 nəfər ölüb, 16 nəfər xəsarət alıb


Türkiyə sahillərində, Qara dənizin Sinop vilayətində yük gəmisində baş verən yanğında 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Zərərçəkənlər xəstəxanalara aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd edilir ki, gəminin kapitanı itkin düşüb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Hadisənin təfərrüatları araşdırılır.
Xəbəri paylaş