01.09.2022-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi “Gənclərin məşğulluğunun artırılması məqsədi ilə yeni təşəbbüsləri təşviq etmək” adlı layihənin icrasına başlamışdır.
Newscenter.az xəbər verir ki, layihə çərçivəsində Bərdə, Tərtər, Ağdam, Ağcabədi rayonlarında və Mingəçevir şəhərində gənclər üçün liderlik, sahibkarlıq, kiçik biznesin qurulması və idarə olunmasına dair təlimlər keçirilmişdir. Təlimdə iştirakçılara xüsusən texnologiya sahəsində yeni biznes ideyaları verərək necə biznes qurmaq və idarə etmək, lider olmaq, öz sahibkarlıq və biznes ideyalarını inkişaf etdirmək haqqında məlumat verilmişdir. Layihə çərçivəsində startap nədir, startapı necə qurmaq və idarə etmək olar, bu haqda mövcud olan beynəlxalq təcrübə, startap üçün necə maliyyə almaq mümkündür kimi mövzularda təlimlər keçirilmişdir. Layihənin məqsədi gənclərin məşğulluğunun təmin olunmasına dəstək olaraq onların bilik və bacarıqlarını inkişaf etdirmək, müasir texnoloji imkanlardan istifadə edərək öz ideyalarını gerçəkləşdirməsinə və cəmiyyətdə peşəkar mütəxəssis kimi yetişməsinə dəstək göstərməkdir. Bundan başqa təlimdə gənclərə liderliyin sirləri, ictimai təşəbbüslər haqqında xüsusi modullarla təlimlər keçirilmişdir. Təlimdə gənclərin İKT və müasir texnologiyalar sahəsində peşə və sənət sahibi olmaq üçün xüsusi bir təlim proqramı tədris olunmuşdur. Bu təlim hissəsində gənclərin texnologiya sahəsində uğurlu sahibkar olmaq, startap layihələri həyata keçirmək və startapçı olmaq və texno işçi və sahibkar olmağın yolları haqqında biliklər çatdırılmışdır.
Layihə nəticəsində gənclər öz məşğulluqlarını təmin etmək, yeni biznes və startap qurmaq, liderlik keyfiyyətlərini artırmaq üçün stimul qazanmışlar. Bu isə gənclər üçün yeni iş və gəlir yeri, inkişaf deməkdir. Təlimlər nəticəsində gənclərə verilən praktik tapşırıqlar vasitəsi ilə artıq təlim prosesində iştirakçılar öz ideyalarını gerçəkləşdirməyin yollarını nəzərdən keçirərək bunun sonrakı mərhələdə real həyatda öz əksini tapması ilə nəticələcək.
Hər bir rayonda 20 nəfər gənc təlimdən faydalanmışdır. Təlimin sonunda iştirakçılar sertifikatla təmin olunmuşdur.
Mehman