“Ermənistan Azərbaycana sülh müqaviləsinə dair təkliflərini təqdim edib".
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, sərhəddə təhlükəsizlik təminatları ilə bağlı təkliflər də verilib”, - o bildirib.
N.Paşinyan vurğulayıb ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatla təsbit olunmuş öhdəliklərini yerinə yetirmir.
Xatırladaq ki, daha əvvəl rəsmi Bakı sülh sazişi layihəsi ilə bağlı təklifləri İrəvana təqdim etmişdi.