Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt üzrə 275 məktəbdə “Yay məktəbi” təşkil olunub

Paytaxt üzrə 275 məktəbdə “Yay məktəbi” təşkil olunub


2022-ci ildə BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində “Yay məktəbi” təşkil edilib.
16-30 iyun tarixlərini əhatə edən “Yay məktəbi”nə ümumi təhsil müəssisələrinin I-X sinifləri üzrə 19 827 şagird qoşulub.

Newscenter.az xəbər verir ki, ödənişsiz və könüllü əsaslarla keçirilən “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.

“Yay məktəbi” çərçivəsində BŞTİ tərəfindən ümumi təhsil məktəblərində həyata keçirilən bir sıra layihələr davam etdirilib, şagirdlər üçün vətənpərvərlik, ekologiya və mina təhlükəsizliyi mövzularında maarifləndirici görüşlər keçirilib, həmçinin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, ingilis dili, robototexnika sahəsində bilik və bacarıqların artırılması, düzgün peşə seçimi istiqamətlərində tədbirlər baş tutub.

R.Mehdiyeva
Xəbəri paylaş