Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna hava məkanı Rusiya aviasiyası və raketləri üçün keçilməz bir sədd olacaq

Ukrayna hava məkanı Rusiya aviasiyası və raketləri üçün keçilməz bir sədd olacaq


Rusiya -Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə olaraq Ukrayna prezidenti Vlodimir Zelenski xarici səfər həyata keçirdi. ABŞ-a təşkil olunan bu səfərin ardından Vaşinqton Kiyevə 1.8 milyard dollar dəyərində yeni hərbi yardım paketini təsdiq etdi. Paket çərçivəsində ənənəvi olaraq bu zamana qədər təmin edilmiş silahlarla yanaşı müharibə başlayandan bəri Ukrayna tərəfinin ABŞ və müttəfiqlərindən israrla tələb etdiyi uzaq mənzilli hava hücumdan müdafiə sistemləri də daxil edildi. Pentaqon Ukraynanı Patriot hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Bəs bu sistemlərin müharibənin gedişatına nə kimi təsirləri olacaq?

Newscenter.az-ın xəbərinə görə, AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyir ki, müharibənin ilk saatlarından başlayaraq Rusiya aviasiyası heç bir ciddi maneələrlə qarşılaşmadan paytaxt Kiyevdə daxil olmaqla Ukrayna şəhərlərini bombardman etməyə başladı:

"Rusların bu cür rahatlıqla hava əməliyyatlarını icra edə bilməsi, onların peşəkarlığından və yaxud yüksək texnoloji vasitələrdən istifadə etmələrindən irəli gələn xüsus deyildi. Əsas məsələ Ukrayna Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının yetərsiz qalması idi. Çünki Ukrayna tərəfindən istifadə olunan aviasiya və hava hücumundan müdafiə sistemlərinin böyük əksəriyyəti SSR- i zamanından qalma və müasir müharibənin tələblərinə cavab verməyən sistemlər idi. Qərb isə müharibənin əvvəlində Kiyevi əsasən müxtəlif atıcı silahlar və tank əleyhinə raketlərlə təmin etməyə başladı. Əsas məqsəd isə Rusiyanı daha çox Ukraynanın içərisinə çəkmək idi və bunada nail oldular. Daha sonra isə ABŞ və müttəfiqləri Ukraynanı müxtəlif çapda artilleriya qurğuları və Stinger kimi DZRK- la təmin etməyə başladı. Sistemsiz şəkildə hərəkət edən Rusiya quru qoşunları və onlara havadan dəstək vermək məcburiyyətində qalan hərbi hava qüvvələri qərbin təmin etdiyi Javelin və Stinger kimi sistemlərin hədəfi halına gəldilər. Rusiya ordusu kütləvi şəkildə zirehli texnika, təyyarə və helikopterlər itirməyə başladı".

AVP rəsmisi qeyd edib ki, müharibənin ikinci mərhələsində isə orduların savaşından daha çox müdafiə sənayesi komplekslərin mübarizəsinin şahidi olmağa başladıq6

"Bir tərəfdə Rusiya hərbi sənayesi digər tərəfdə isə ABŞ- onun müttəfiqləri və qardaş Türkiyə Milli Müdafiə Sənayesi. Geniş Ukrayna torpaqlarında idarə etməni itirən rus quru qoşunları yerdə Javelinlərin havada isə Bayraktar TB-2 lərin hədəfi olmağa başladılar. Qoşunların müharibə meydanında məhv olmasını anlayan Kreml strategiya dəyişikliyinə getmək məcburiyyətində qaldı. Geri çəkilən rus ordusu daha çox uzaq məsafədən Ukrayna ordusuna məxsus hədəfləri vurmağa başladılar. Lakin Kiyev mövcud imkanlara nə bu hücumların qarşısını ala bilmirdi nədə əks zərbələr endirə bilmirdi. Bu məqamda Vaşinqton özünün HIMARS reaktiv artilleriya sistemləri sistemləri və NASAMS alçaq radius havadan müdafiə sistemləri ilə Kiyevi təchiz etməyə başladı. Təbii ki, HİMARS - lar özünün effektivliyi sübut etdi. Lakin bu sistemlər hərəkət edən hədəfləri məhv etmək imkanına malik deyil. Bu zaman isə qardas Türkiyənin Roketsan şirkətinin istehsalı olan TLRG 230 raket sistemləri özünün effektivliyini bir daha sübut etmiş oldu. Çünki bu sistemlər yeni bir texnologiya ilə istehsal olunduğundan bəzi parametrlərdə HİMARS sistemlərini qabaqlayır və hədəfdən yayınma payı 2 metrdən azdır. Xatırlatmaq istəyirəm ki, HIMARS -larda hədəfdən yayınma payı 7 metr təşkil edir. Ukrayna ordusu bu sistemlərə uğurlu nəticələr əldə edir. Lakin ordu Rusiyanın raket zərbələrinin qarşını almaqda çətinlik çəkir. Xüsusilə ilə Kalibr və İsgəndər raketlərinin. İndi isə Amerika Kiyevə Patriot tədarük edir. Fikrimcə bu sistemlər digər sistemlərlə kordinasiyalı şəkildə işləyib bir hava qalxanı yarada bilsə, Ukrayna hava məkanı Rusiya aviasiyası və raketləri üçün keçilməz bir sədd olacaq. Düzdür 100% müdafiə təmin oluna bilməz, bu qeyri- mümkündür, ancaq təşkil olunan hücumların qarşısı böyük ölçüdə alınacaq".

Anar
Xəbəri paylaş