Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmən mövqelərimizi atəşə tutub

Düşmən mövqelərimizi atəşə tutub


Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, dekabrın 22-si saat 21:20-dən dekabrın 23-ü saat 04:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Bəzirxana və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Qeyd olunan istiqamətlərdə yerləşən Azərbaycan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Mehman
Xəbəri paylaş