Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həmin dairələrin əsas hədəfi Azərbaycanı ləkələməkdir

Həmin dairələrin əsas hədəfi Azərbaycanı ləkələməkdir


“30 il ərzində azərbaycanlıların deportasiya və soyqırıma məruz qaldığını, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilərək ağır şərtlər altında yaşadığını görməzdən gələnlər, vətənşlarımızın bu illər ərzindəki ah-naləsini eşitməyənlərin bu gün gözləri görməyə, qulaqları eşitməyə başlayıb. Maraqlıdır ki, ötən 30 ildə onlar harda itib-batmışdılar?”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “OLAYLAR”-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdikləri dinc etiraz aksiyasına bəzi dövlətlər və beynəlxalq təşkilatların sərgilədiyi qərəzli, obyektivlikdən kənar mövqeyə münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Xankəndi-Laçın yolunda baş verənlərin fonunda Azərbaycana artan təzyiqlər və dövlətimizə qarşı sərgilənən qərəzli münasibət həm də dünyanın nə qədər ədalətsiz olduğunu göstərir:

“Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və ekofəallar dinc aksiya təşkil etdiyi halda bunu Xankəndindəki erməniləri blokadaya almaq, onları humanitar fəlakətlə baş-başa qoymaq kimi qələmə vermək yalan, iftira, eyni zamanda Azərbaycana şər-böhtan atmaqdan başqa bir şey deyil. Bütün dünya görür ki, yoldan humanitar məqədlər üçün keçid təmin edilir, istər erməni vətəndaşları, istərsə sə sülhməramlıların humanitar maşın karvanı gün ərzində bir neçə dəfə maneəsiz şəkildə yoldan Xankəndi və ya əks istiqamətə hərəkət edirlər. Eyni zamanda Ermənistana məxsus təcili tibbi yardım maşınlarının da hərəkətinə imkan yaradılır”.

Arzuman Muradlının sözlərinə görə, müəyyən dövlətlər və təşkilatlar həqiqətən sadə ermənilərin qayğısına qalsaydılar, o zaman ilk növbədə separatçı Vardanyan və Arutunyanın Qarabağdan rədd olub getmələri tələbini ortaya qoymalı idilər:

“Yaxud Qarabağda ekoloji terrorun qarşısının alınmasında maraqlı olmalı idilər. Bu qeyd etdiklərimin heç biri baş vermədiyi üçün onu deyə bilərəm ki, həmin dairələrin əsas hədəfi Azərbaycandır və Azərbaycanı ləkələməkdir”.
Xəbəri paylaş