Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir: "Heydər Əliyevin anadan olmasının və Türkiyənin 100 illiyi münasibətilə birgə təlimlər keçiriləcək"

Nazir: "Heydər Əliyevin anadan olmasının və Türkiyənin 100 illiyi münasibətilə birgə təlimlər keçiriləcək"


"Gələn il ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə birgə Türkiyə-Azərbaycan hərbi təlimləri keçirəcəyik".

Newscenter.az xəbər verir ki, bu barədə "Report"un Ankara bürosuna eksklüziv açıqlamasında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov məlumat verib.

Nazir vurğulayıb ki, 2023-cü ildə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin bir sıra birgə təlimlərinin keçirilməsi nəzərdə tutulub:

"Məlumdur ki, 2023-cü il həm ümummilli lider Heydər Əliyevin anadan olmasının, həm də Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi şərəfinə hər iki ölkədə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Hərbi sahədə də bizim qardaş ölkə ilə barabər keçirəcəyimiz təlimlər arasında bu iki tədbir çox önəmli yer tutacaq. Biz ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 iliiyi şərəfinə təlimlər keçirəcəyik".
Xəbəri paylaş