Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Yuxarı Qarabağ kanalının Neftçala rayonunun Haqverdilər kəndi ərazisindən keçən hissəsində aparılan reyd zamanı qeyd edilən qanunsuz əməllə məşğul olan Biləsuvar rayon sakini İsa İmanov saxlanılıb.
Həmin şəxsdən qanunsuz ov qurğuları və ümumilikdə 65 ədəd müxtəlif növ balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İ.İmanov barəsində Cinayət Məcəlləsinin 256.1-ci (Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Mehman