Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vardanyanın istifadə müddəti bitdi?

Vardanyanın istifadə müddəti bitdi?


22 dekabrda Rusiya prezidenti Vladimir Putin, Azərbaycana, Xankəndinə köçmüş milyarder Ruben Vardanyanın müraciətini təmin edərək onu Rusiya Federasiyasının vətəndaşlığından məhrum edən sərəncam imzalayıb.
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndəıərinin Laçın - Gorus yolunda davam edən aksiyası fonunda Putinin sərəncamı bir çox suallar doğurur. Ancaq mən düşünürəm ki, Putin Ruben Vardanyanın əlin-qolun açmaq və onun siyasi fəaliyyətinim Ermənistan respublikasının ərazisinə tranfer etmək üçün hüquqi maneləri aradan qaldırmaq üçün sözü gedən sərəncamı imzalayıb.

O da mümkündür ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın - Gorus yolunda keçirdiyi aksiyalar fonunda son günlər Azərbaycanın Avropa ölkələri ilə yeni enerji təhcizatı ilə bağlı müqavilələr imzalaması, Ukraynaya növbəti humanitar yardım göndərməsi, rus sülhməramlıları ilə bağlı narazılıqlar Rusiyanı Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur edir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini qoruya bilsin. Bu vəziyyətdə Azərbaycanın Ruben Vardanyanı həbs etməsinə imkan yaranır. Hesab edirəm ki, Xankəndi və ətraf ərazilərdə yaşayan erməniləri bütövlüklə girov götürən Rusiya Ruben Vardanyanı qurban verməyə hazırlaşır. Hər bir halda, Rusiya təxmin edilən bu addımı ancaq məcburiyyətdən ata bilər ki, vəziyyəti nəzarətdə saxlayıb, Azərbaycanın rus sülhməramlıların məsuliyyət zonasında qəti hərəkətlərinə müəyyən mənada mane ola bilsin. Əminliklə qeyd etmək lazımdır ki, Rusiya tərəfindən atılan hər bir addım ancaq və ancaq konfliktin tam həllinə əngəl törətmək niyyəti daşıyır.

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas
Xəbəri paylaş