Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Newscenter.az-ın məlumatına görə, “Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, Xankəndindən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus 2 ədəd təminat avtomobili keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Hazırda aksiya davam edir.
Bununla da gün ərzində hər iki istiqamətdə Rusiya sülhməramlılarına məxsus ümumilikdə maneəsiz hərəkət edən avtomobillərin sayı 25-ə çatıb.