"Azərbaycanın inkişafında, dünyada nüfüzunun artmasında, xalqımızın firavan yaşamasında Sizin əvəzsiz xidmətləriniz var. Ən əsası Dəmir Yumrugunuz var. Bu Dəmir Yumruq hələ çoxlarının başını partadacaq".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlının Prezident İlham Əliyevə ad günü münasibətilə ünvanladığı təbrik mətnində qeyd edilir. İctimai Birlik sədri qeyd edir ki, Siz öz Dəmir Yumrugunuzla Azərbaycan xalqının 200 ildən çox davam edən məglubiyyət sindıromunu qırıb, onu qalib xalqlar cərgəsinə çıxartdınız:
"Qururumuzu bizə qaytardınız. Sizin Azərbaycan naminə elədiklərinizi sadalamaq üçün sözün gücü kifayət etmir. Siz dünyada yaşayan 60 milyon azərbaycanlıların, 400 milyondan çox türklərin nüfüzünü qazanmısınız, onların ürəklərində yaşayırsınız".
Arzuman Muradlı sonda bunları qeyd edib: Cənab Prezident!. Sizi ad günü münasibəti ilə təbrik edirəm. Sizə uzun ömür, cansaglıgı, xoşbəxtlik arzulayıram. Siz Azərbaycan xalqının qəhrəmanısınız. 100 yaşayın. Siz bizə çox lazımsınız!"
Mehman