Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib


Məmmədli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilib.

Newscenter.az xəbər verir ki, qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Məmmədli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Son illər Məmmədli kəndi qazlaşdırılıb, kəndin 6,5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kənddə 4 su çəni quraşdırılmış, 20 km su xətləri çəkilmiş, küçələrdə 8 bulaq tikilmiş, hər bir həyətə içməli su verilmişdir, kəndin ərazisində açıq dren-kanalın 4 km hissəsi lildən təmizlənmişdir, pay torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Kür çayının üzərində 1 ədəd elektrik üzən su nasosu quraşdırılmış və diametri 1000 mm olan 5,5 km su xətti çəkilmişdir

2021-ci ildə 10 qutu ipək qurdu bəslənmiş, 510 kq və ya hər qutudan 51 kq barama təhvil verilmişdir. 2022-ci ildə 12 qutu ipək qurdu bəslənmiş, 480 kq və ya hər qutudan 40 kq barama təhvil verilmişdir 2021-ci ildə 450 hektar sahədə pambıq becərilmiş, hər hektardan 18 sentner olmaqla 810 ton pambıq istehsal edilmişdir. 2022-ci ildə ərazidə 550 hektar sahədə pambıq əkilmiş, hər hektardan 17 sentner olmaqla 935 ton pambıq istehsal edilmişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.

Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Mehman
Xəbəri paylaş