Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MHP: "Ali Baş Komandan kimi adınızı tarixə yazdırmısınız"

MHP: "Ali Baş Komandan kimi adınızı tarixə yazdırmısınız"


Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

MHP mətbuat xidmətindən Newscenter.az-a verilən məlumata görə, partiya sədri təbrik məktubunda dövlət başçımıza uğurlar diləyib və dəstəyini ifadə edib.

Təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!

Sizi doğum gününüz münasibətilə Milli Həmrəylik Partiyasının (MHP) üzvləri adından və şəxsən öz adımdan təbrik edir, Sizə möhkəm cansağlığı, eləcə də doğma Azərbaycanımızın daha da inkişaf etməsi, güclənməsi naminə apardığınız mübarizədə yeni-yeni müvəffəqiyyətlər diləyirəm.

Siz 44 günlük Vətən müharibəsinin parlaq Qələbəmizlə bitməsinə, ərazi bütövlüyümüzün bərpa edilməsinə nail olmuş Ali Baş Komandan kimi adınızı tarixə yazdırmısınız. Bu gün də Azərbaycanımızın bütün ərazisində dövlət suverenliyimizin tam bərqərar olması istiqamətində qətiyyətli mövqe nümayiş etdirirsiniz. Biz Milli Həmrəylik Partiyası olaraq Sizin bu istiqamətdə atdığınız bütün addımlarınızı dəstəkləyirik.

İl sonu həyatımızda bayramlarla iz buraxır. Fürsətdən istifadə edib bir daha Sizi həm doğum gününüz, həm də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə ürəkdən təbrik edir, Sizə ölkə naminə gördüyünüz işlərdə tükənməz enerji və bol-bol uğurlar arzulayıram. Doğum gününüz və bayramlarınız mübarək olsun!

Anar
Xəbəri paylaş