Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəsmi Bakı Serbiya və Kosovaya vasitəçilik missiyasını da təqdim edə bilər

Rəsmi Bakı Serbiya və Kosovaya vasitəçilik missiyasını da təqdim edə bilər


Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 20-də Azərbaycana işgüzar səfərə gəldi.

Vuçiçin səfəri kifayət qədər diqqət çəkdi. Bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfərə getmişdi. Vuçiçin səfərinin belə tez reallaşması əslində bir çox mətləblərdən xəbər verir. Yəni Serbiya və Azərbaycan prezidentlərinin son bir ayda qarşılıqlı səfərlər etməsinin bir çox səbəbi ola bilər. Amma ilk ağılagələn variant mövcud Serbiya-Kosova gərginliyidir.

Serbiya prezidenti yaxşı bilir ki, bu gün özünün üzləşdiyi situasiya ilə Prezident İlham Əliyev də üzləşib. Xatırladım ki, Vuçiç Azərbaycan prezidentinin Serbiyaya səfəri zamanı “biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik” demişdi. Görünür Vuçiç bir çox sualların cavabını öyrənmək üçün ölkəmizə səfərə gəldi.

Düşünürəm ki, Prezident İlham Əliyev Vuçiçə Azərbaycan kimi balans siyasəti aparmasını məsləhət görə bilər. Söhbət Ukraynaya humanitar yardım edib, Rusiyanın işğalını tanımamaqdan gedir. Eyni zamanda rəsmi Bakı Serbiya və Kosovaya vasitəçilik missiyasını da təqdim edə bilər. Çünki Azərbaycanın hər iki ölkə ilə müsbət əlaqələri var.

Könül İsmayılova - Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şurasının və İH-nin üzvü
Xəbəri paylaş