Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 72 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 825 893 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 323 nəfər müalicə olunaraq sağalıb, hazırda 594 aktiv xəstə var. Bu günə qədər 10 006 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 957, bu günə qədər isə ümumilikdə 7 418 494 test icra olunub.
Sevinc