Milli Məclisin deputatı Səbinə Xasayeva Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ilə birgə Yeni Yasamal yaşayış massivindəki 308 saylı məktəbdə sakinlərlə səyyar qəbulda iştirak edib.
Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özü facebook profilində məlumat yayıb.
Qəbul zamanı sakinlərin problem və qayğıları dinlənilib, onları maraqlandıran suallara cavab verilib.
NEWSCENTER.AZ