Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistana konkret müddət məhdudiyyəti tətbiq etməliyik

Ermənistana konkret müddət məhdudiyyəti tətbiq etməliyik


Ermənistanın döyülməyə vərdiş etmiş günüqara xarici işlər naziri A.Mirzoyan Azərbaycanın xarici işlər naziri C.Bayramovun fikirlərini təkzib edərək bildirib: "Ermənistan nə 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatla, nə də digər şəkildə 8 kəndi “azad edəcəyinə” söz verməyib".

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən hərbi ekspert Ədalət Verdiyev deyib ki, bu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir:

"Naxçıvanla maneəsiz ikitərəfli əlaqə də daxil olmaqla İrəvan tərəfindən bir çox öhdəliklər təmin edilməyib. Qarabağdakı seperatçılar arasında da hafizəsi pozulanlar hər gün artır. Odur ki, Azərbaycan olaraq birgə Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsi üçün həm məğlub, həm də zəmanətçi tərəfə konkret müddət məhdudiyyəti tətbiq etməliyik".

Ədalət Verdiyev hesab edir ki, təyin edilən müddət ərzində şərtlərin yerinə yetirilməməsi Azərbaycanın da birgə Bəyanatdan imzasını geri çəkməsi ilə nəticələnə biləcəyi də əvvəlcədən elan edilməlidir.

Anar
Xəbəri paylaş