Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncəçay dəmiryol stansiyasının 6-cı yolunda bədbəxt hadisə baş verib

Gəncəçay dəmiryol stansiyasının 6-cı yolunda bədbəxt hadisə baş verib


Bu gün saat 16:05-də Gəncəçay dəmiryol stansiyasının 6-cı yolunda dayanmış yük vaqonunun üstünə çıxmış 2007-ci il təvəllüdlü Cəfərov Elgün Elçin oğlu gərginlik naqillərinə toxunaraq ağır yanıq xəsarəti alıb.

Newscenter.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, ərazidə olan ADY əməkdaşlarının çevik dəstəyi ilə xəsarət almış şəxs təcili yardım xidməti ilə saat 16:30-da xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırılma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Mehman
Xəbəri paylaş