Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on dörd gündür davam edir.Hazırda havanın şaxtalı olmasına baxmayaraq, etirazçılar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.Onların tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Belə ki, ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.
Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Aksiya başlamamışdan öncə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Rusiya və Ermənistan anlamadı ki, Azərbaycanın qızıl yataqlarını talamaqla necə ki, öz işlərini çətinə saldılar və indi də bu vəziyyətdən çıxış yolu tapmaq üçün necə ki, çıxmadıqları oyun qalmayıb, belə təxribatyönlü planlar da qurmaqla Bakının daha bir adekvat addım atmasına səbəb ola bilərlər.
Məlum olduğu kimi, dekabrın 22-də Xankəndinin mərkəzində bir qrup erməni "aksiya” keçirməyə cəhd göstərib.Separatçı Ruben Vardanyan Xankəndidə Azərbaycan əleyhinə “kütləvi aksiya təşəbbüs”ü fiasko ilə nəticləndi. “İzdihamlı aksiya"ya isə cəmi təşkilatçıların gözlədiklərinin tam əksinə olaraq, cəmi 1000-ə yaxın insan iştirak edib. Bu, Xankəndi və ətrafında yaşayan ermənilərin sayı, eyni zamanda, guya orada "humanitar fəlakət”in yaşanması ilə bağlı irəli sürülən iddialar tam şəkildə ifşa edib. Çünki əgər erməni rəsmilərinin də iddia etdikləri kimi, Xankəndidə həqiqətən də 120 min erməni yaşasaydı və guya əvvəlki mitinqlərdə 40-45 min şəxsin iştirak etmiş olsaydı, onda budəfəki mitinqə də "maraq” daha böyük olardı. Lakin görünən odur ki, bu dəfə Ermənistan hakimiyyəti Xankəndidə keçiriləcək aksiyaya ölkədən lazımi qədər insan gətirə bilməyib və ona görə də belə bir "acınacaqlı” mənzərə yaranıb. Buradan bəlli olur ki, Laçın yolundan qanunsuz daşımalar olmadığı halda, Xankəndidə hansısa "irimiqyaslı aksiya” keçirmək mümkün deyil.
Artıq fitil yandırılıb. Haylar, revanşist tör-töküntüləri dekabrin 25-də Xankəndində “öz müqəddəratı təyinetmə” tələbi ilə yendiən mitinq planlaşdırırlar.Bununla bağlı dekabrın 24-də qondarma Respublika Prezidenti Arayik Arutyunyanın Stepanakertin Mədəniyyət və Gənclər Sarayında dövlət strukturlarının və bir sıra özəl müəssisələrin yüksək vəzifəli şəxsləri ilə keçirdiyi görüşdə bildirib."Milli Assambleyasının Sədri" Artur Tovmasyan və "dövlət naziri", "Operativ Qərargahın rəhbəri" Ruben Vardanyanın da iştirak etdiyi görüşdə Artsaxın Azərbaycan tərəfindən blokadaya alınması ilə əlaqədar yaranmış hərbi-siyasi vəziyyətin öhdəsindən gəlmək üçün xalqı siyasi meydana yığmaq razılığına gəliblər.
Ermənistan cəmiyyətinə məlumdur ki,təşkil ediləcək mitinq-teatrın fətva verənləri - çox mahir oyunçulardır.Erməni revanşizmi, separatizmi üçün çənbər daraldığını isə özləri də anlayırlar."Mitinq şousu" quranlar isə guya Azərbaycanla sülh arzulayan, ərazi bütövlüyümüzü tanıyan “praqmatik” Ermənistan hakimiyyətinin təmsilçiləridir.Ən maraqlısı isə mitinq şousunun təşkilatçısı olan Rusiyalı milyarder, qeyri-qanuni yollarla varlanaraq qanunsuz şəkildə Kremldən aldığı tapşırıqlarla Xankəndinə gələn Ruben Vardanyan "dövlət naziri" adı altında öz oyununu oynamağa davam edir. Bir-bir rayonları gəzərək Xankəndi "mitinq"inə adam toplayan Vardanyanın yalan vədlərinə ermənilərin özləri də yaxşı başa düşür.Onlar yaxşı bilirlər ki, bu gün Moskovada milyarder olan erməni əsilli Vardaryan öz kapitalını qorumaq və sanskiyalardan yayınmaq üçün rus vətəndaşlığından çıxıb və gəlib Qarabağda oturub və həmin istismar olunan qızıl mədənlərində çıxarılan filizləri Ermənistana daşıyır və oradan da pul qazanır. Bunun məqsədi orada olan xalqı yox əksinə daha çox pul qazanmaq üçün orada olan ermənilərdən istifadə etməkdir. Ona görə də 25 dekabrda təşkil etdiyi mitinqlərdə yolun açılmasını və həmişəki kimi erməni həyasızlıqını tanıtmaq istəyir. Bu cür həyasızlıqlar Ermənistanın boyunu aşır.
Bəs mövcud situasiya nələri vəd edir?
Təbii ki, bu proseslərdə bir məqam də Ermənistan vətəndaşının əsas məqsəddən yayındırmaq və hakimiyyətin keçirdiyi islahatların iflas olduğunu gizlətməkdir.Qarabağ klanı ilə Ermənistan hakimiyyəti arasındakı uçurumun dərinləşməsindən həyəcanlanan qüvvələr məsələni yoluna qoymaq barədə düşünməkdənsə yeni ideyalar üzərində baş sındırmadadırlar. Onlar anlayırlar ki, savaşın başlaması Azərbaycanın bu dəfə də qələbəsini qaçılmaz edəcək. Ona görə də yenidən “köhnə xatirələri oyatmağa” çalışırlar. Çətinə düşən kimi telefonu əlinə alıb dünya liderlərindən yardım uman Ermənistan baş naziri Nikol Paşinyan da eyni ilə ac toyuq kimi yuxuda darı iddiasındadır. Amma reallıqlar ortadadır. Rəsmi İrəvan bir neçə dəfə mövcud reallıqlarla barışmamağa, guya etiraz etməyə çalışıb. Və hər dəfə daha ağır vəziyyətlə üzləşib. Odur ki, ermənilər məntiqli davranmalı, Prezident İlham Əliyevin dediyi kimi, odla oynamamalıdırlar. Əks halda, öz əlləri ilə oturduqları budağı kəsəcəklər.İstənilən halda, masada istinad edəcəyimiz növbəti möhürlü-imzalı sənəd var.Ancaq görünən odur ki, Ermənistanda heç bir hökumətin Qarabağ xalqının təhlükəsizliyini təmin etmək missiyasından əl çəkməyə və hər hansı sənədə baxmağa haqqı yoxdur.Bu kimi ucuz "mitinq şou"ları isə diş qıcayanlar üçün "əcəl zəngi"dir.Görünür, qondarma "dövlət naziri" unudur ki, yalan vədlər və populist çıxışlarla aldatdığı erməni xalqı su boğazına çıxanda meydan mitinqlərində “böyütdüyü balası” Paşinyanı da ayağı altına almaqdan çəkinməyəcək. Eynilə, ondan əvvəlki sələfləri kimi...
"Böyük bacı" və " adaxlı" dəstəyi
Bu toplumdan əsasən İran və Fransa istifadə edir. Bu oyunçuların hər biri zaman-zaman öz mənafeyi və maraqları nöqteyi-nəzərindən ermənilərdən alət kimi yararlanıblar və bu tarixi gerçəklik hələ dəyişməyib.İşğalın ehtiva olunduğu status-kvonu qorumaqda israrlı olan, amma bu siyasəti adətən yumşaq ritorika ilə həyata keçirən Fransanın, eyni zamanda islam həmrəyliyindən dəm vurub “region yalnız regionlular üçündür” tezisində israr edən İranın əsl siması da məhz Vətən müharibəsi və sonrakı dövrdə üzə çıxdı.Lakin keçmisi insanlıq əleyhinə cinayətlərlə zəngin olan bu iki ölkə təhlükəsizlik məsələsində kimdən gəldi imdad diləyən Ermənistanı hansı zərbə altında qoyduğunu yəqin ki, anlayır.
İran hər zamankı kimi terrorçulara dəstək verən ölkə statusunda çıxış edir-qarımış ölkənin makiyajsız sifəti
“Təəssüf ki, biz uzun müddətdir ki, Cənubi Qafqaz regionunda İran mədəni irsinin təhrif və məhv edilməsi cəhdlərinin şahidi oluruq"
İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri dekabrın 22-də “Cənubi Qafqazda İranın mədəni irsi” forumunda belə bir cümlə işlədib.
Erməni və İran xalqları arasında zəngin tarixi və mədəni əlaqələri xüsusi vurğulayan səfir müvafiq addımların atılmasını zəruri hesab edib. Mədəni irsin inkarı və məhv edilməsi, onun fikrincə, “təhlükəli siyasi məqsədlərlə müşayiət oluna bilər”.
Ermənipərəst və fars şovinist mövqeyi ilə seçilən Abbas Bədəxşan Zohuri bu sözləri Qarabağ və ətraf bölgələri viran qoyan, məscidləri donuz pəyəsinə çevirən erməni dostlarına şamil etmədiyi gün kimi aydındır.Ən başlıcası isə özünü bir müsəlman dövləti kimi dünyaya sırıyan İran, məhz vətəndaşlarının böyük əksəriyyəti müsəlman olan qonşusu Azərbaycana qarşı bunu etməklə bütün dəyərləri tapdalayır, dini də, əqidəni də nəzərə almadığını göstərir.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Ermənistana rəsmi səfəri zamanı “Biz Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edirik” bəyanatını verməsi də reallıqdan qat-qat uzaq idi. Çünki bütün dünyaya yaxşı məlumdur ki, bölgədə təhlükəsizliyə yeganə təhdid elə Ermənistandır. Bu ölkənin hərbi siyasi rəhbərliyi 30 ilə yaxın Azərbaycanın suveren ərazilərini işğalda saxlayıb, viran qoyub. Hələ üstəlik işğal altındakı torpaqlarımızı İranla bərabər talan edib. İndi necə olur ki, İran
Ermənistanı müdafiə edir, ona arxa-dayaq durur?
Azərbaycanın güclənməsini özünün faciəsi kimi qəbul edən rejimin xarici siyasəti kimi, daxili siyasəti də iflasa uğrayıb və xalqın səbrini daşdırıb. Bu gün heç bir təzyiq, işgəncə, edam qərarları İranda etirazçıları saxlaya bilmir. İranda yaşayan və bütün hüquqlardan məhrum olan millətlər, o cümlədən, güneyli soydaşlarımız artıq molla rejiminin əsarəti altında əzilmək istəmir və öz haqlarını tələb edirlər. Rejim özü öz sonunu gətirməkdədir.Öz xalqını əzən, yoxsulluğa düçar edən, azad sözü, azad medianı qadağan edən, ölüm düşərgəsinə çevrilmiş həbsxanalarında vicdan məhbuslarına amansız işgəncələr verən İran rejiminin İslam əxlaqı ilə əlaqəsinin olmadığı aşkardır.Öz ölkəsi bu vəziyyətdə olan "din təəssübkeşlərimizin" isə hər hansı bir açıqlamasının arxasında nəyin dayandığını, işğal altındakı ərazilərimizin talanmasında və qarət edilməsində iştirak edənlər arasında İran şirkətlərinində olduğunu bilən Azərbaycan xalqı çox yaxşı başa düşür və ölkənin qəbul etdiyi qərarlara, ölkəmizdə həyata keçirilən siyasətə irad tutmalarını qətiyyətlə rədd edir.Cünki bu ermənipərəst "islam dövlətinin" hansısa bir formada Azərbaycanın daxili işlərinə qarışmağa nə siyasi, nə də mənəvi haqqı var!!!
Makron–Paşinyan “calağı” da Ermənistanın yarasına məlhəm olmur
Dağlıq Qarabağda hərbi əməliyyatlar başlanandan bəri Fransa prezidentinin tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır.Son 3 aydır isə, Fransa hökuməti və parlamentinin Azərbaycana qarşı hədlərini aşmasının şahidi olmaqdayıq. 23 dekabr tarixində isə bütün bunlar azmış kimi Makron Prezident İlham Əliyevə zəng edib.Telefon danışığı əsnasında Emmanuel Makron Ermənistan və Azərbaycan arasındakı münasibətlərə, həmçinin Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhərinə gedən yoldakı vəziyyətə toxunub.Dövlətimizin başçısı Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhəri istiqamətində olan yoldakı vəziyyət ilə bağlı qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun nəticəsində ətraf mühitə vurulmuş ciddi zərərə etiraz etmələrinə baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə yaşayan sakinlərin bu yoldan mülki və humanitar məqsədlər üçün istifadəsi üçün maneənin olmadığını, başqa təsisatlara lüzum olmadan Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisinin xətti ilə tibb maşınlarının keçidlərinin təmin edildir.Söhbət əsnasında Prezident İlham Əliyev, həmçinin Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd edib.
Prezident İlham Əliyevin Emmanuel Makronla telefon danışığı zamanı növbəti dəfə qətiyyətli və prinsipial mövqeyini ifadə etməsi, əslində, Fransa prezidentinin ədalətsizliyinə, işğalçıya dəstək verməsinə daha bir mesaj, Makron–Paşinyan cütlüyünə ciddi xəbərdarlıq oldu.Söhbətdən də aydın olur ki, heç bir güc, heç bir dövlət və beynəlxalq təşkilat Prezident İlham Əliyevi milli maraqlardan çəkindirə bilməz.Makron beynəlxalq siyasətdə təcrübəsi olmayan, ölkəsinin geosiyasi maraqlarını düzgün hesablaya bilməyən, xarici siyasətdə çoxlu səhvlər buraxan siyasətçidir.44 günlük müharibənin ilk günündən qatı ermənipərəst mövqeyini ortaya qoyan Makronun dünəninə nəzər yetirdikdə tarixindən qan damladığı aydın göründüyü halda özünə "sülh quşu" obrazı çizməklə Azərbaycana qarşı qərəzli heç bir əsası olmayan ittihamlarla vaxtaşırı çıxışlar edir.
Təəssüf ki, bu dəfə də Makron canfəşanlığıyla yenidən Ermənistana sülhə öz “töhfəsini” vermək planı baş tutmadı.Azərbaycan dövlət başçısı öz qətiyyətli mövqeyi ilə bu ölkənin vasitəçi kimi nə Azərbaycan rəhbərliyini, nə də Azərbaycan xalqını qane edə bilmədiyini Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd edərək məsələyə birdəfəlik nöqtə qoydu.
Makron yaxşı bilir ki, “erməni nağılları”na, yalançı gözyaşlarına dəstək veriləcəyi artıq qətiyyən inandırıcı görünmür. Yeganə çıxış yolu kimi yalnız Azərbaycanın tələbləri və şərtləri ilə barışmaq qalıb.
Qətiyyətli addımlarla işıqlı sabahlara doğru
Azərbaycan bu gün qalib xalq, güclü dövlət olaraq istər iqtisadi, istər hərbi, istərsə də siyasi cəhətdən xoruzu milli simbol kimi qəbul edən Fransa və din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, antiinsani fars şovinizmi kimi tanınan İranda hec bir asılılığı yoxdur. Dünya Ermənistana dəstək "erməni adaxlısından" İran və "böyük bacı" missiyalı Fransadan, hətta Avropadan ibarət deyildir, cənab Rəcəb Tayyib Ərdoğanın dəqiq ifadə etdiyi kimi "dünya beşdən böyükdür". Avropa İttifaqı üzvlərinin hər birinin öz dövlət maraqları vardır və bu maraqlar onların Azərbaycan əleyhinə hər hansı sanksiyaya qoşulmağa imkan verməyəcəkdir.Necə ki, Azərbaycan öz torpaqlarınl işğaldan azad etdi, necə ki, ərazi bütövlüyünü təmin etdi, necə ki, BMT- nin 30 illik qətnamələrini özü həyata keçirtdi, eləcə 10 noyabr 2020- ci il bəyanatının bütün müddəalarının yerinə yetirilməsini təmin edəcək və lazım gələrsə Ermənistanı buna məcbur edəcək. Kommunikasiyalar, o cümlədən, Zəngəzur dəhlizi açılacaq, böyük sülh müqaviləsi imzalanacaq, bölgədə əməkdaşlıq və tərəqqi başlayacaq. Bunlar isə xalq-iqtidar birliyi ilə Prezident İlham Əliyevin rəhbərliyi altında və dost ölkələrin dəstəyi həyata keçiriləcək.
Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi kimi - "Azərbaycan dünyaya günəş kimi doğacaq!"
Bəli,Azərbaycan bu gün dünyaya bir günəş kimi doğub . Günəşdən qorxan yarasalar nəqədər çalışsalar da, nə qədər ürəkbulandırsalar da bu günəşin doğulmasına mane ola bilməyəcək!!!
Aygül Bağırova
AJB üzvü