Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalq yürüşlə Xankəndinə girməli, bu oyunbazlıqlara son qoymalıdır

Xalq yürüşlə Xankəndinə girməli, bu oyunbazlıqlara son qoymalıdır


Ermənilər Xankəndidə şou keçirməyə başlayıb, uşaqları meydana çıxarıb, dünyanın kövrək hislərinə toxunmaq, yalançı izdiham görüntüsü yaradıb, "xalqın etirazı"nı göstərmək istəyirlər. Biz bunları bir dəfə keçmişik. İkinci dəfə ayaq açmasına imkan vermək olmaz.

Newscenter.az xəbər verir ki, bu fikirləri Azad Vətən Partiyasının sədri Akif Nağı səsləndirib. Partiya sədri bildirib ki, o vaxt xalq düzgün qərar vermişdi, yürüşlə gedib Xankəndidə mitinq keçirən boşboğazları susdurmaq üçün hərəkətə keçmişdi:

"Hakimiyyət imkan vermədi, yoxsa hər şey başlamamış bitəcəkdi. İndi hakimiyyət mane olmamalı, bu ölkənin sahibləri, əlahəzrət xalq yürüşlə Xankəndinə girməli, bu oyunbazlıqlara son qoymalı, Vardanyan kimi yaramazları tapdalayıb məhv etməli, onları ora göndərənləri peşman etməlidir. Biz həm QAT, həm də Azad Vətən Partiyası olaraq yürüşün önündə getməyə hazırıq!".

Anar
Xəbəri paylaş