BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən Müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb.
Belə ki, 2022-ci təqvim ilində müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 290 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.
R.Mehdiyeva