Avropa İttifaqının yeni texniki missiyası Ermənistana gəlib.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində bildirib.
Qriqoryan deyib ki, missiya hərbi xarakter daşımır.
O, oktyabrın 19-da gələn müşahidəçilərin bölgəni tərk etdiyini, hazırda Ermənistanda yeni texniki missiyanın olduğunu vurğulayıb.