Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BAK Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edib

BAK Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edib


31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) nəznində fəaliyyət göstərən “Qarabağ” idman klubunun ofisində tədbir təşkil edilib.

Newscenter-az-a BAK-ın mətbuat xidmətindən bildirilib ki, tədbiri giriş sözü ilə BAK ın sədri Elsevər Məmmədov açdı. O qonaqları salamladı və tədbiri açıq elan edib.

İlk olaraq Vətən uğrunda Şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra, Azərbaycan Respublikası himni səslənib.

Həmrəylik bayramı tarixçəsinə nəzər salan Elsevər Məmmədov bu günün dünya azərbaycanları üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.

Avropada işgüzar səfərdə olan Media Araşdırmaçılar və Monitorinq Mərkəzinin və Reaksiya TV nin rəhbəri Zaur Qərib oğlu və əməkdaşları da BAKın tədbirinə dəvət alıbılar. Bu tədbirin, Dünya Azərbaycanlılarının həmrəyliyinin bir nümunəsi olduğunu qeyd edən Zaur Qərib oğlu həm də Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının məxsusi fəallığını vurğulayıb. O, fəaliyyətlərinə görə, təşkilat başçılarına plaketlər təltif edib

Öz növbəsində, Elsevər Məmmədov, “Qarabağ” idman klubuna məxsus köynəyi Zaur Qəriboğluna hədiyyə edib.

Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva və Niderland Azərbaycan Odlar Yurdu Cəmiyyətinin rəhbəri Frəngiz Bağırova öz ürək sözlərini və təbriklərini qonaqlara ərmağan ediblər.

Benilüks Azərbaycanlıları Konqresinin tərkibində yeni yaranmış Güney Azərbaycanlıları nümayəndəliyinin başçısı Araz Ataxan, Arazın o biri tayında baş verən hadisələrə nəzər salaraq dünya Azərbaycanlılarını Cənublu qardaş və bacılarımızı dəstəkləməyə çağırıb.

Haarlem “Körpə Fidanlar” musiqili teatr qrupunun və Rotterdam həftəsonu məktəbinin şagirdlərinin çıxışları tədbiri musiqili bir bayrama çevirib.
Onlar qonaqlara mahnı çələngi, seir sovqatı bəxş ediblər.

Körpə Fidanların bədii rəhbəri Sima Cəfərova və müəlliməsi Nigar Cəfərova, Həftəsonu məktəbin rəhbəri Zərifə Süleymanovaya hazırladıqları konsert proqramına görə təşəkkürlər edilib, balaca iştirakçılar hədiyyələrlə təltif olunublar.

Şaxta Babanın gəlişi, şeir töhfəsi və iştirakçılara hədiyyəsi bayrama xüsusi bir rəng qatıb.

Sonda, fikir mübadiləsi aparılıb və xatirə fotoları çəkilib.

Anar
Xəbəri paylaş