Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Xidmətində ticarət şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib

Dövlət Xidmətində ticarət şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 10-dan çox iri market şəbəkəsinin rəhbər şəxsləri ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə istehlakçıların qiymətdə, hesabda, çəkidə aldadılması və digər halların qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə marketlərdə bütün malların üzərində qiymətlərin göstərilməsinin, malların bu qiymətə və çəkiyə uyğun satılması barədə qanunvericiliyin tələbləri və onlara əməl edilməsinin vacibliyi vurğulanıb.

Sevinc
Xəbəri paylaş