Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin yeni “44 gün” istəyi: Xankəndidə mitinq, separatçıların həyasızlığı...

Ermənilərin yeni “44 gün” istəyi: Xankəndidə mitinq, separatçıların həyasızlığı...



Növbəti "70 min" yalanı ifşa edildi

Dekabrın 25-də Xankəndidə – Ermənilərin həmişəlik yerləşdirildiyinə ümid və inam bəslədyi Rusiya “sülməramlı”larının nəzarəti altındakı Azərbaycan şəhərində ermənilər növbəti dəfə mitinq keçiriblər. Saat 14:00-a Xankəndinin mərkəzinə erməni icmasını çağıran Vardanyan “34 il əvvəl olduğu kimi” yenidən birlik nümayiş etdirmək gərəkdiyini söyləmişdi.Erməni separat rejimi hər cəhdlə Qarabağda çox sayda erməni yaşadığını və guya onların iradəsini təmsil etdiklərini qabartmaq üçün bu mitinqlərdə kəmiyyətlə təsirli vizual görüntü yaratmağa çalışıblar.

Belə saxtakarlıqların mahir ustaları olsalar da, istəklərinə çatmayıblar. Erməni mənbələri "izdihamlı mitinq" adı verdikləri aksiyaya 70 min insanın gəldiyi məlumatını yayıblar.Açıq meydanda toplaşan insan kütləsinin sayını hesablamaq üçün "Mapcheking" əlavəsinə Xankəndidəki "Dirçəliş" meydanında keçirilən aksiyanın konturlarını əlavə edən media əməkdaşları foto və videolar əsasında meydanın sağ və sol kənarlarında əhali sığlığının çox aşağı olduğunu (hər kv. metrə 0,7 nəfər), 220 metr uzunluğu, 7 metr eni olan parçanı və tirbunanın qarşısındakı boşluğu nəzərə alıb, hər kv.metrə orta hesabla 2 nəfərin düşdüyünü əsas götürərək məlumatları "mapcheking" əlavəsinə daxil edib və nəticə 17581 nəfər göstərir.Bu fakt bir daha göstərir ki, Qarabağda peyda olan erməni əsilli milyarder Ruben Vardanyanın burada törətmək istədiyi növbəti təxribat baş tutmayıb.

Qeyd edək ki, Vardanyan və digər separatçılar dəfələrlə aksiya keçirməyə çalışsa da, alınmamışdı. Çünki izdihamlı olmayacağı halda dünyada Xankəndidə yaşayan ermənilərin sayı haqda şişirdilmiş rəqəm ifşa olunacaqdı. Belə ki, ermənilər cidd-cəhdlə Qarabağda 120 min erməninin yaşadığını bildirir, halbuki separatçıların rəhbəri Araik Arutyunyan 2021-ci ilin sentyabrında 30-35 min civarında erməni icmasının burda qaldığını "təəssüflə" elan etmişdi.Yəni 120 min deyil, hətta rus sülhməramlıların 2020-ci ilin 14 noyabrından başlayaraq, daşıyıb gətirdiyi və rəsmən qeyd etdiyi 52,7 min erməninin də burada qalmadığı hər kəsə bəllidir. Qarabağda yaşamağa məcbur edilmələrinə baxmayaraq, ermənilərin burada yaşamaq istəmədiyi aydındır. Çünki heç bir perspektiv, inkişaf yoxdur. Erməni separatçıların isə erməniləri zorla bu ərazilərdə saxlamaqla yalnız öz maraqlarını güdürlər: mümkün olduqca, daha çox Azərbaycan sərvətlərini talamaq və varlanmaq.

Bundan öncə də, Ruben Vardanyan 17 dekabra tarixindədə mitinq təyin etmişdi. Vardanyanın elan etdiyi “mitinq”dən saatlar keçməsinə baxmayaraq, heç bir toplantıya rast gəlinməmiş və mitinq fiaskoya uğramışdı. Göründüyü kimi, Vardanyan insanları öz “məqsədi” ətrafında birləşdirmək üçün bütün vasitələrə əl atır - amma bu baş vermir. Səbəb isə aydındır. Mitinq təklifi xaricdən “ixrac” edilsə də, orada iştirak etməli olan şəxslər sadə ermənilər olmalıdırlar. Ermənilər isə bu kimi mitinqlərdə iştirak etmək istəmirlər. Səbəb də aydındır - Ermənistan Azərbaycana qarşı müqavimət göstərmək gücündə deyil. Bunu sadə xalq anlayır və başa düşür ki, Azərbaycanın irəli sürdüyü təkliflərlə razılaşmamaq, onları məhvə sürükləyir. Xankəndidə məskunlaşan sadə ermənilər mitinqə gəlməyə məcbur edilib, əks halda işdən qovulacaqları ilə hədələniblər. Hamıdan övladları ilə aksiyada iştirak etmək tələb olunub.
30 dollarlıq, 8 litrlik “mitinq”

Bundan əlavə, mitinqdə kütləviliyi təmin etmək üçün bütün vasitələrdən istifadə edilib. 2 sentyabr aksiyasında olduğu kimi, Qarabağa göndərilmiş rusiyalı milyarder Ruben Vardanyan yenə də "kisəsinin ağzını açıb".Xankəndi ətrafından gələnlərin isə Vardanyan, "mükafatla" bərabər, nəqliyyat xərclərini də yenə üzərinə götürüb. Belə ki, iştirakçıların hər birinə məsafədən asılı olaraq 30-40 dollar paylanılıb, Xankəndi ətrafından və Qarabağın rus sülhməramlıların nəzarətində olan digər rayonlardan gələnlərə isə yanacaq paylanılıb, maşını olmayanların avtobuslarla gəlişi təmin edilib. Vardanyan da bu mitinqlərə heç də öz pulunu xərcləmir. O, aksiyalara "sərmayə qoyur", əvəzində isə Azərbaycanın qızıl və mis-molibden yataqlarını talamaqla, külli miqdarda pul qazanır. Başqa sözlə, Vardanyan "bizneslə" məşğuldur.

Digər diqqət çəkən məsələ isə aksiyanın izdihamlı alınması üçün qanunsuz silahlı dəstələrin də mitinqə qatılmasıdır. Onlardan mülki paltar geyinərək, aksiyaya qatılmaq tələb olunub. Ancaq bir çox silahlı separatçı elə hərbi formada da mitinqə qoşulub və şüarlar səsləndiriblər.

Mitinq təşkilatçısı Vardanyan gözlədiyi durumla üz-üzə qalsada özünü toplayıb görünüşü, əhvalı, tonu, hərəkətləri ilə nə isə ifadə etməyə çalışıb. Əlinə verilmiş kağızdan tezisləri oxuyaraq candərdi, asıq sifətlə çıxış edib. Yanındakı şəxslərin belə ona etimad göstərmədiyi, bu avantüraya istəksiz qoşulduqları hər hallarından görünüb.Maraqlıdır ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri öz torpaqlarını işğaldan azad edərkən kol-kosda gizlənən erməni fərariləri indi “qeyrətə” gəlib Qarabağ üçün hay-həşir salırlar.Qondarma rejimin isə dekabrin 25-də Xankəndidə təşkil etdiyi “30 dollarlıq, 8 litrlik” mitinqi heç bir işə yaramadı.15 gündür ki, kəskin hava şəraitinə baxmayaraq Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının Laçın-Xankəndi yolunda milli birlik nümayiş etdirir.Hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar Dövlət Himnini səsləndirməklə düşmənə göz dağı verirlər.Odur ki, vardanyanların , paşinyanların, köçəryanların təşkil və ya tərtib etdiyi mitinq şouları heç bir zaman uğur qazana bilməz. Nücə deyərlər qatar gedib...Azərbaycan öz tarixi torpaqları üzərində suverenliyini təmin edir.Dünya ölkələri isə Erməni xalqının kimliyi ilə yaxından tanışdır.Rusiyalı milyarder Vardanyanın isə öz sərvətini artırmaq planı ilə aciz xalqını “həmrəy etmək” şousu davam etdiyi təqdirdə deyəsən bizə yenidən 44 gün lazım olacaq?!

Aygül Bağırova
AJB üzvü
Xəbəri paylaş