"Əsas güclü stansiyalar Hadrut və Şuşada qurulub".
Newscenter.az xəbər verir ki, bu sözləri Audiovizual Şuranın Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin müdiri İsa Məmmədov deyib.
Onun sözlərinə görə, Mincivan, Qubadlıda da stansiyalar qurulub: "Lakin Zəngilan və Qubadlıda stansiyaların gücünü artırmaq məhduddur. Çünki İran tərəfi buna etiraz edir. Baxmayaraq ki, onların bizdə radio və televiziya kanalları tutur. Çünki həmin kanallar reyestrdən keçiblər. Ona görə də adıçəkilən ərazilərimizdə radiovericilərin gücünü məhdud seçirik. Elektrik şəbəkəsi və digər texniki avadanlıqlar qurulmalıdır ki, əhali radio və verilişlərə qulaq asa bilsinlər".