Nizami rayonu 24 saylı 1-ci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı millət vəkili vətəndaşları fərdi və onlayn formatda dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.
Deputat qərargahından Newscenter.az-a verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması, şəhid ailəsinin üzləşdiyi problemlə bağlı yardım göstərilməsi, kitab təqdimatının keçirilməsinə köməklik göstərilməsi, binanın dam örtüyünün təmir olunması və s. bu kimi məsələlər başlıca yer almışdır.
Ruhiyyə