Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi, iqtisadi və hərbi baxımdan mühüm əhəmiyyət kəsb edən hadisə

Siyasi, iqtisadi və hərbi baxımdan mühüm əhəmiyyət kəsb edən hadisə


Qardaş Türkiyənin məşhur Bayraktar pilotsuz uçuş aparatları istehsalçısı olan Baykar firmasının "Bayraktar Teknoloji Azərbaycan" adı ilə ölkəmizdə fəaliyyətə başlaması, siyasi, iqtisadi və hərbi baxımdan mühüm əhəmiyyət kəsb edən hadisədir. Dünya hərb sənayesinə nəzər saldıqda görürük ki, hal hazırda bu istiqamətdə ən sürətli şəkildə inkişaf edən iki ölkə var: Türkiyə və Çin.

Türkiyə Respublikasının hərbi sənayesinin inkişafı bir mənalı olaraq 2002 -ci ildən hakimiyyətdə olan AKP və onun rəhbəri Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. AKP hakimiyyətinə qədər ölkənin müdafiə sənayesi ABŞ -dan alınan silahların lisans əsasında Türkiyədə istehsal olunması ilə məşğul idi. Lakin, Rəcəb Tayyib Ərdoğanın dövründə bu istiqamətdə ciddi addımlar atıldı, milli və özgün layihələrin icrasına dövlət dəstəyi artırıldı. Bundan sonra Türk mühəndislərinin beyin gücünün məhsulları olan texnologiyalar istehsal olunmağa başlanıldı. Hal hazırda Türkiyə müdafiə sənayesi, istehsalın bütün istiqamətlərində möhtəşəm nəticələr əldə edərək müharibə doktirinalarını dəyişəcək sistemlər istehsal edir. Aselsan, Roketsan, Havelsan, Baykar, Meteksan, Lantatek, FNSS, Otocar, BMC kimi hərbi şirkətlərin məhsulları özünün müasirliyi və keyfiyyəti ilə analoqlarırını bir çox parametrlərdə üstələyir.
Baykar firmasının Azərbaycanda fəaliyyətə başlaması iki ölkə arasında siyasi və hərbi əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Qardaş Türkiyə hərbi sənayesi, PUA-ları sahəsində ABŞ VƏ İsraillə yanaşı ilk üçlükdə qərarlaşır və bu uğurun əsas pay sahibi məhz Baykar şirkətidir. Şirkət ən son olaraq özünün 5- ci nəsil Qızıl Alma pilotsuz uçuş aparatının sınaq uçuşunu həyata keçirdi.Qızıl Alma STELS texnologiyası ilə təchiz olunmuş, supersonic sürətlə uça bilən bir pilotsuz döyüş təyyarəsidir və hava müharibələri üçün nəzərdə tutulub. Yəni heç bir pilot itkisi olmadan düşmən aviasiyasını məhv etmək.

Firmanın ölkəmizdə fəaliyyətə başlaması ilk öncə ordumuzun gücünün daha da artmasında, müasir sistemlərlə təchiz olunmasında müstəsna rol oynayacaq. Həmçinin şirkətin texnoloji imkanları ölkə elminin inkişafına töhvə vermiş olacaq və mühəndislərimizin bu istiqamətdə yeni bilgi və təcrübə edinmələrini təmin edəcək. Baykar firması isə bu qərarla yeni bazarlar əldə edəcək, əhatə dairəsini genişləndirəcək və artan tələbatlar doğrusunda özünün istehsal imkanlarını artıracaq. Həmçinin fərqli ölkələrdə yeni istehsal mərkəzləri açmaqla ölkədə olası hər hansı bir hakimiyyət dəyişikliyi zamanı şirkətin fəaliyyətinə olacaq təsiri minimuma endirmək imkanı qazanacaq.

Pərviz Mirzadə-AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi
Xəbəri paylaş