Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taekvondo üzrə respublika çempionatı keçirilib-FOTOLAR

Taekvondo üzrə respublika çempionatı keçirilib-FOTOLAR


20-24 dekabr tarixlərində Abşeron Olimpiya İdman kompleksində Taekvondo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Respublika çempionatı və birinciliyi keçirilib.

Newscenter.az xəbər verir ki, 890-dək idmançının iştirakı ilə baş tutan yarışlarda komandalar və idmançılar öz güclərini sınayıblar. 5 gün davam edən mübarizədə Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzi bütün rəqib komandaları üstələyərək yarışın birincisi olub.

Yarışların nəticələrinə görə, Ağcabədi komandası ikinci, Xəzər komandası üçüncü yeri tutub. Sonrakı iki yeri isə Təhsil RİM-Sumqayıt komandası və Qafqaz komandası bölüşdürüb.



Oruc
Xəbəri paylaş