Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abşeronda saxta sənədlərlə mənzil satan tikinti şirkətlərinin rəhbərləri həbs olunub

Abşeronda saxta sənədlərlə mənzil satan tikinti şirkətlərinin rəhbərləri həbs olunub


Qanunsuz mənzil satışı ilə məşğul olan vəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Newscenter.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “PROGRESS-2016” MTK-nın vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.
İstintaq zamanı “Hayan E” MTK-nın direktroru Nəsirov Rafiq Nəsib oğlu və “PROGRESS-2016” MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə 26.12.2022-ci il tarixdə Nəsirov Rafiq Nəsib oğlu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü maddəsi (vəzifə saxtakarlığı), Səməndərov Emil Tofiq oğlu isə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Mehman
Xəbəri paylaş