Bakı Ali Neft Məktəbində “Global Olimpic Center”in təşkilatçılığı ilə ABŞ-ın Kopernik olimpiadasının riyaziyyat üzrə Azərbaycan mərhələsinin qalibləri mükafatlandırılıb. 800 qədər şagird arasında təşkil edilən olimpiadanın 386 nəfəri qalıb adını qazanıb.
Newscenter.az xəbər verir ki, BANM-da təşkil olunan mükafatlandırma mərasimi Azərbaycan Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə “Global Olimpic Center”in direktoru Xəyal İbrahimzadə tədbiri açıq elan edib. Giriş sözündən sonra BANM-ın rektoru cənab Eldar Qasımov çıxış edib. Şagirdləri və valideynləri salamlayan rektor, onları təbrik edib, uğurlar arzulayıb. Sonra Kopernik olimpiadasının direktor müavini Maria Pedro qonaqları Azərbaycan dilində salamlayaraq, maraqlı diskusiya ilə çıxışına davam edib. Ölkəmizdə ilk dəfə olan nümayəndə iştirakçılara qlobal turda uğurlar arzulayıb.
Çıxışlardan sonra mükafatlandırma mərasimi başlayıb. İlk olaraq qızıl medal qazanalara rektor Elmar Qasımov medallar təqdim edib. Gümüş və bürünc mükafatları isə qaliblərə dəvət olunmuş digər qonaqlar təqdim edib. Ümumlikdə mərasimdə 76 şagird qızıl, 108 şagird gümüş, 202 şagird bürünc medal, 114 nəfər isə həvəsləndirici sertifikat əldə edib.
Daha sonra fizika və astronmiya, təbiət elmləri üzrə qaliblərə “Tərrəqi” medallı bioloq Camal Kərimov mükafatları təqdim edib. Qeyd edək ki, mükafatlandırılan fiziklər yanvarın 21-də ABŞ-da Rice universitetində təşkil olunacaq qlobal turda ölkəmizi təmsil edəcək. Onlar eyni zamanda NASA-da olacaq, orda olan iş prosesi və raketlərlə tanış olacaqlar. Riyaziyyatçılar isə iyulun 10-da ABŞ-da MIT-də və Kolumbiya univeristetində təşkil olunacaq qlobal turuda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, riyaziyyat üzrə finala vəsiqə qazanalar içəsində 4 şagirdimiz 100 bal toplayaraq dünya reytinqdə ən yüksək nəticə ilə final turuna vəsinqə qazanıb. Bunlar Bakı Avropa Liseyinin şagirdi Mehin Banu Məmmədli, Oxrbridge academy-in şagirdi Toğrul Məmmədli, 236 nömrəli məktəbin şagirdi Paşam Əlizadə, AMK tərkibində İncəsənət Gimnaziyası Hüsna Məmmədlidir.
R.Mehdiyeva