Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Balakəndə ağaclar qanunsuz olaraq kəsilib, təbiətə 15680 manatlıq ziyan vurulub

Balakəndə ağaclar qanunsuz olaraq kəsilib, təbiətə 15680 manatlıq ziyan vurulub


Balakən rayonunun Qazma və Katex kəndləri ərazilərində qovaq, qızılağac və yalanqoz ağaclarının kəsilməsi barədə polisə məlumatlar daxil olub.

Bu barədə Newscenter.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Qazma kənd sakini Kamal Xəlilovun kənd ərazisində 4 ədəd qovaq ağacını, Katex kənd sakini Musa Musayevin isə kənd ərazisində 12 ədəd qovaq, qızılağac və yalanqoz ağaclarını kəsməklə təbiətə ümumilikdə 15.680 manat məbləğində ziyan vurmaları müəyyən olunub.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Mehman
Xəbəri paylaş