2022-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 159 269 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.
Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 95 987 zəng qəbul edilib.
Newscenter.az İdarəyə istinadən xəbər verir ki, BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 2 164 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb. Onlardan 238 vətəndaşın qəbulu xüsusi karantin rejimi dövrünün tələblərinə uyğun olaraq (06.03.2022-ci il tarixinədək) videoqəbul formatında həyata keçirilib.
Həmçinin Vətəndaşların Qəbulu Mərkəzində 26 066 vətəndaşın müraciəti cavablandırılıb.
35 052 sənəd (vətəndaşlar tərəfindən 10 269 ərizə, 9 222 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 3 753, digər qurumlardan 2 215, məktəblərdən 5 611 məktub və 3 982 kadr ərizəsi) qəbul olunub.
R.Mehdiyeva