Dünya şöhrətli musiqiçi Riçard Klayderman ilk dəfə Azərbaycana gəlir.
Newscenter.az xəbər verir ki, “Dünyanın ən uğurlu pianoçusu” ləqəbli sənətçisi martın 7-də Bakıda konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, 270 qızıl və 70 platininum mükafata sahib musiqiçi klassik və pop musiqini birləşdirərək yeni romantik üslub yaradıb. Bu günədək Klayderman 1200-dən çox musiqi əsəri yazıb və ümumi tirajı 90 milyon olan 100-dən çox kompakt-diskin sahibidir. Vaxtının böyük hissəsini konsertlər verməklə keçirən Riçardın 2006-cı ildə əsərlərinin 70 milyon satışı qeydə alınıb. O, “Dünyanın ən uğurlu pianoçusu” kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.