Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbi azərbaycanlıların tarixi yurd yerlərinə Qayıdışı uzaqda deyil

Qərbi azərbaycanlıların tarixi yurd yerlərinə Qayıdışı uzaqda deyil


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Qərbi Azərbaycan İcmasının binasına baxış keçirməsi, orada keçirdiyi görüşdə səsləndirdiyi fikirlər hazırkı vəziyyətdə ictimai-siyasi baxımdan çox önəmlidir. Bununla dövlət başçısı həm də Qərbi Azərbaycana qayıdışın anonsunu vermiş oldu".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkilinin sözlərinə görə, bu bir tarixi faktdır, reallıqdır və tarixi ədalət bərpa edilməlidir:

"Hər kəsə məlumdur ki, Qərbi Azərbaycan bizim tarixi yurd yerimiz, əzəli torpaqlarımız olub. Bu ərazilərə zaman-zaman erməniləri planlı şəkildə yerləşdirməklə həmin ərazilərdən türk izini itirməyə, Qərbi Azərbaycanı erməniləşdirməyə çalışıblar. Əsrin ortalarında, eləcə də Qarabağ münaqişəsinin başladığı illərdə qərbi azərbaycanlılarının deportasiyaya məruz qalması da, məhz bu məqsədlərə xidmət edirdi. Ermənilər, onlara havadarlıq edən güclər tarixi saxtalaşdırmağa çalışsalar da, lakin bu mümkün deyil. Necə ki, Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı, Azərbaycan xalqı tarixi ədaləti bərpa edərək 30 illik işğala son qoydu, eləcə də Qərbi Azərbaycanla bağlı tarixi ədaləti də yaxın gələcəkdə bərpa etmiş olacaq. Buna heç kimin şübhəsi olmasın. Çünki Cənab Prezident özünün də dediyi kimi nəyi nə zaman edəcəyini çox yaxşı bilir".

Millət vəkili onu da qeyd edib ki, işğaldan azad edilən ərazilərimizə məcburi köçkünlərin qayıdışı, onların öz torpaqlarına qovuşması kimi, Qərbi azərbaycanlıların da tarixi yurd yerlərinə Qayıdışı uzaqda deyil:

"Buna bir daha dekabrın 24-də əmin olduq".

İqbal Məmmədov onu da diqqətə çatdırıb ki, prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasının açılışını etməklə, həmçinin orada proqram xarakterli fikirlər səsləndirməklə qarşımıza yeni hədəflər qoymuş oldu:

“Dövlət başçısının da qeyd etdiyi kimi Qərbi Azərbaycan məsələsi növbəti tairix dövr üçün ölkəmizin gündəminə ən mühüm, ərazilərimizin işğaldan azad edilməsi kimi taleyüklü bir məsələ olaraq gündəliyimizə daxil olur”.

Anar
Xəbəri paylaş