Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub -VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub -VİDEO


Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Newscenter.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

İlkin məlumata əsasən, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında hündürmərtəbəli binada, mənzildə yanğın başlaması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürlülüb.



Mehman
Xəbəri paylaş