Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml, Lavrov və Zaxarova vasitəsilə İrəvana lazımı mesajları ünvanladı

Kreml,  Lavrov və Zaxarova vasitəsilə İrəvana lazımı mesajları ünvanladı


Son dövrlər Rusiya ilə Ermənistan arasında olan münasibətlərdə ciddi şəkildə soyuqlaşma hiss olunur. Ard-arda olaraq erməni siyasilər Rusiya əlehinə fikirlər səsləndirir, Moskvanı Azərbaycana qarşı İrəvanı dəstəkləməmək də ittiham edirlər. Ən son isə Nikol Paşiniyan Şuşa-Xankəndi yolunda baş verən hadisələrdən dolayı sülhməramlı kantinqenti günahlandırdı və onların BMT sülhməramlıları ilə əvəzlənməsini istədiyini bildirdi.

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Paşiniyanın sulhmərəmlılarla bağlı səsləndirdiyi fikirlər, istəkləri, tamamilə əsassız və absurddur:

"Çünki rəsmi Bakının icazəsi olmadan heç bir qüvvənin Azərbaycan torpaqlarına yerləşdirilməsi mümkün deyil. Qarabağ ərazisi Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bütün beynəlxalq təşkilatlar Qarabağın Azərbaycan torpağı olmasını qəbul edib. Bu məqamda Paşiniyanın səsləndirdiyi fikirlər bir mənalı olaraq Rusiya əlehinə hesablanmış çıxışdır".

AVP rəsmisi deyib ki, öz növbəsində Kreml, Lavrov və Zaxarova vasitəsilə İrəvana lazımı mesajları ünvanladı:

"Lakin hadisələrin gedişatına nəzər yetirdikdə görürük ki, İrəvan Azərbaycanla münasibətlərin normallaşmasında və uzun müddətli sülhün olmasında maraqlı deyil. Paşiniyanın danışıqlardan yayınmaq üçün müxtəlif manevrlər edir və mümkün qədər vaxt qazanmaq istəyir. Ermənistan müharibədən sonra çökmüş vəziyyətə olan ordusunu və iqtisadiyyatını dirçəltməyə çalışır. Xüsusilə orduya ayrılan vəsaitdə ciddi artım müşahidə edilir. Təbii ki, İrəvan hakimiyyətinin bu tip siyasi mövqeydən çıxış etməsinin səbəbi qərbdən xüsusilə Fransadan aldığı dəstək dayanır. Əgər 2020-ci ilə kimi iki dövlət arasında münasibətlərin normallaşmasında maraqlı olmayan və mane olan əsas qüvvə Rusiya idisə, hal hazırda bu işləri icra edən qüvvə rəsmi Parisdir. Fransanın Ermənistanı dəstəklənməsi, bu dəstəyini ifrat dərəcədə nümayiş etdirməsi Paşiniyan hakimiyyətini ruhlandırır və erməni cəmiyyətində revanşist meyllərin artmasına səbəb olur".

Anar
Xəbəri paylaş