Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəğməkar şair, iş adamı Gülağa Tənha bayram ərəfəsində daha bir xeyriyyə aksiyası keçirib-FOTOLAR

Nəğməkar şair, iş adamı Gülağa Tənha bayram ərəfəsində daha bir xeyriyyə aksiyası keçirib-FOTOLAR


Nəğməkar şair, xeyriyyəçi iş adamı Gülağa Tənha öz ənənəsinə sadiq qalaraq 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ərəfəsində daha bir xeyriyyə aksiyası həyata keçirib.

Newscenter.az xəbər verir ki, dekbarın 29-da səhər saatlarından başlayaraq Masallı rayonunun Ərkivan qəsəbəsində şəhid ailələri, qazilər, eləcə də aztəminatlı ailələrdən olan vətəndaşlara Gülağa Tənha tərəfindən bayram süfrəsi üçün hədiyyələr təqdim edilib.

İş adamı Gülağa Tənhanın xeyriyyə aksiyası yalnız Masallı rayonu ilə kifayətlənməyib. Cənub zonasının digər rayonları, eləcə də respublikanın ayrı-ayrı şəhər və rayonlarından olan şəhid ailələri, qazi və sosial müdafiəyə ehtiyacı olan insanlara bayram hədiyyələri çatdırılacaq.



NEWSCENTER.AZ
Xəbəri paylaş