Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Palmalinin növbəti gəmisi şəhid Əlisuvar Məmmədovun adını daşıyacaq

Palmalinin növbəti gəmisi şəhid Əlisuvar Məmmədovun adını daşıyacaq


29 dekabr 2022-ci il tarixdə “Palmali” donanmasının sıralarına növbəti, 2022-ci ildə sonuncu gəmi qoşulacaq. “Palmali Holding”in qurucusu və prezidenti, xeyriyyəçi və azərbaycanlı iş adamı Mübariz Mənsimovun təşəbbüsü ilə şirkətimizin fəaliyyətinin ayrılmaz və çox qürurlu ənənələrindən birinə əsasən, bu gəmimizə də Vətən müharibəsi şəhidinin adı verilib. Newscenter.az şirkətə istinadən xəbər verir ki, bu gün suya endirilmə mərasimi keçiriləcək yeni gəmi 1992-1994-cü illər Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Əlisuvar Məmmədovun adını daşıyacaq.

Hələ bu ilin əvvəlində “Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bəyan etmişdi ki, “Palmali” donanmasına daxil olan bütün gəmilərə şəhidlərin adları veriləcək. Bu təşəbbüsün həyata keçirilməsi nəticəsində 2022-ci ildə “Palmali” donanması dəniz sularına 9 (doqquz) yeni gəmi yola salıb ki, bunların hamısı Vətən müharibəsi şəhidlərinin adlarını daşıyır: Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov, şəhidlər Adil İbrahimli, Mətin Hüseynov, Pəncəli Teymurov, Xudayar Yusifzadə, İman və Bəhram Məmmədzadələr qardaşları, Malik Əliyev, Əli Nəcəfov, Cəbrayıl Dövlətzadə.

Anar
Xəbəri paylaş