Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Alpaqut Federasiyasının hesabat konfransı keçirilib-FOTOLAR

Dünya Alpaqut Federasiyasının hesabat konfransı keçirilib-FOTOLAR


Dünya Alpaqut Federasiyasının (DAF) 2022-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirildi. DAF-ın İdarə Heyətinin və Müşahidə Şurasının üzvlərinin iştirak etdiyi hesabat konfransını Dünya Alpaqut Federasiyasının prezidenti olaraq açıq elan etdim. Çıxışımda Federasiyanın 2022-ci il ərzində xarici ölkələrdə keçirdiyi tədbirlərdən, ölkəmizi yüksək səviyyədə təmsil etdiyi yarışlardan, DAF-ın ICSSPE və TAFISA kimi mötəbər beynəlxalq idman təşkilatlarına üzv qəbul edilməsindən, Federasiyanın dünyada daha çox tanınması və inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər planından danışdım.

Newscenter.az xəbər verir ki, bu fikirləri özünün facebook sosial şəbəkə hesabında Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Bildirib ki, Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin sədri Vasif Namazov, 2023-cü il Federasiyanın qarşısında ciddi hədəflərin olduğunu bildirdi. O, DAF-ın güclənməsi üçün kadr islahatının həyata keçirilməsinin vacibliyini bildirdi.

Mövzu ilə bağlı müzakirələrə həmçinin İdarə Heyətinin üzvləri Fərid Əlizadə, Nuranə Şıxəliyeva, Rafiq Qasımov, Emil Rəhimov, Fərhad Əliyev, eləcə də Müşahidə Şurasının üzvləri Eltən Qədimbəli, Samir Turan, Elnur Elturk, Orxan Vəliyev, Hakan Seyhan və Mircəlal Qurbanov da qoşuldu. Müzakirədə DAF-ın daha geniş əhatəyə malik olması üçün ciddi işlərin görülməsinin vacibliyi vurğulandı və bunun üçün hər ayın sonu DAF-ın İdarə Heyətinin və Müşahidə Şurasının toplanması qərara alındı.

Daha sonra İdarə Heyətinin qərarına əsasən yeni icra strukturunun tərkibini təsdiq etdim. Xatırladım ki, Dünya Alpaqut Federasiyasının 30 avqust 2022 -ci ildə keçirilən növbədənkənar seçki konfransının nəticəsi olaraq idarə heyəti tərəfindən seçilən yeni federasiya strukturu tam formalaşmamışdı. Beləliklə,
Dünya Alpaqut Federasiyasının prezidenti - Jalə Əhmədova (Azərbaycan)
Birinci vitse-prezident - Könül Nurullayeva (Azərbaycan)
Beynəlxalq Əlaqələr üzrə vitse-prezident - Emil Rəhimov (Azərbaycan)
Peşəkar Liqa üzrə vitse-prezident - Fərhad Əliyev (Azərbaycan)
Baş Katib əvəzi - Fərid Əlizadə (Azərbaycan)
DAF-ın icra strukturuna əlavə olunan yeni vəzifələr aşağıdakı kimidir:
İctimaiyyətlə əlaqələr üzrə vitse-prezident - Nuran Hüseynov (Azərbaycan)
Texniki direktor - Barat Orucov (Azərbaycan)
Hakimlər Kollegiyasının sədri - Ali Gurbani (İran)
Qitə üzrə rəsmi koordinatorlar:
Avropa üzrə - Vittorio Giorgi (İtaliya)
Asiya üzrə - Jasulan Tomanov (Qazaxstan)
Afrika üzrə - Abdelghaffar Abdelbari (Misir)
Ərəb ölkələri üzrə - Hüseyn Faris (Quzey Kıprız)
Ayça döyüş sistemi üzrə koordinator - Marina Beylyaeva (Rusiya)
Batur döyüş sistemi üzrə koordinator - Nizami Ağayev (Azərbaycan)
Caymaz döyüş sistemi üzrə koordinator - Faiq Mammadov (Gürcüstan)
Qurşaq döyüş sistemi üzrə koordinator - Chaitanya Janardan (Hindistan)
Kaçut döyüş sistemi üzrə koordinator - Bülent Büyük (Türkiyə)
Nizam İntizam Komitəsi sədri - Betül Altıntaş (Türkiyə)
Nəzarət Təftiş Komitəsinin rəhbəri - Rafiq Qasımov (Azərbaycan)

Onu da qeyd edim ki, 2022-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı kifayət qədər məhsuldar keçdi və hər bir konfrans iştirakçısı DAF-ın inkişafı yönündə əlindən gələni əsirgəməyəcəyini bildirdi. Sonda, Dünya Alpaqut Federasiyasının yeni təqvim ilində görüləcək işlərə həsr edilmiş növbəti konfransının 2023-cü ilin yanvar ayında keçirilməsi barədə qərar qəbul etdik.

Ruhiyyə
Xəbəri paylaş