"31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü Ulu Öndər Heydər Əliyevin bizə armağan etdiyi ən gözəl bayramlardan biridir. Məhz Ümummilli liderin bu istiqamətdə gördüyü işlər və atdığı məqsədyönlü addımların, eləcə də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin yorulmaz, qətiyyətli siyasətinin nəticəsidir ki, bu gün Dünya Azərbaycanlıları həmrəydir, birdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyinin biz 44 günlük Vətən müharibəsi günlərində əyani şəkildə şahidi olduq.".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Vətən müharibəsindəki tarixi zəfərimizi şərtləndirən başlıca məqamlar sırasında güdrətli ordu, güclü Ali Baş Komandan amili ilə yanaşı, dünya azərbaycanlılarının birlik və həmrəyliyi də mühüm rol oynayırdı:
"Məhz dünyada yaşayan azərbaycanlıların Azərbaycan dövləti, onun Ali Baş Komandanı Cənab İlham Əliyev ətrafında sıx birləşməsi Vətən müharibəsində qələbəmizi təmin edən amillərdən oldu".
İqbal Məmmədov qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də birlik və həmrəyliyimizə ciddi ehtiyac var:
"Çünki Vətən müharibəsindəki tarixi zəfərimiz bir sıra beynəlxalq gücləri, regionda marağı olan qüvvələri, hətta bəzi yaxın qonşularımızı ciddi şəkildə narahat edib. Ona görə də müxtəlif üsul və vasitələrdən istifadə edərək Azərbaycanı zəiflətməyə, ona təzyiq etməyə çalışırlar. Belə bir şəraitdə beynəlxalq və regional təhdidlərə qarşı bizim ən yaxşı cavabımız birlik və həmrəyliyimiz ola bilər. Ona görə də dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan dövləti, onun Ali Baş Komandanı Cənab İlham Əliyev ətrafında sıx birləşməlidir".
Anar