Azərbaycanlı iş adamı, "Palmali Holding"in sahibi Mübariz Mənsimov İstanbulda fəaliyyət göstərən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan məktəbdə təşkil olunmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliyinə qatılıb.
Newscenter.az-ın xəbərinə görə, şagird-müəllim kollektivi qarşısında çıxış edən iş adamı deyib:
“Azərbaycanı ən gözəl təmsil etmək üçün hamınız təhsil almalısınız, savadlı olmalısınız. Dünyada bütün uğurların başlanğıcında təhsil, elm dayanır. Təki siz yaxşı oxuyun, yanınızdayam, arxanızdayam"
Mübariz Mənsimovun sözləri alqışla qarşılanıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Xatırladaq ki, azərbaycanlı iş adamı Mübariz Mənsimov Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan məktəbi şəxsi himayəsinə götürüb. Məktəbin inkişafı üçün dəstək "Palmali Holding" tərəfindən həyata keçirilir.
]
Anar