Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 826 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 875 nəfər müalicə olunaraq sağalıb, hazırda 518 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 779, bu günə qədər isə ümumilikdə 7 430 759 test icra olunub.
Sevinc