Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gücümüz birliyimiz və həmrəyliyimizdədir

Gücümüz birliyimiz və həmrəyliyimizdədir


Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli tarixlərdən biri də 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu tarixin rəsmiləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdikdən doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrildi.

Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri hər birimizin yaddaşına qızıl hərflərlə həkk olunub. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Bu bayram dünyanın 70 – dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün bir zərurətə çevrilmişdir.
Biz ötən illərdə hər ili yola salarkən bir-birimizə doğma torpaqlarımızın tezliklə işğaldan azad olunmasını arzulayırdıq. Artıq torpaqlarımız işğaldan azaddır. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da gücləndirib.
Bu günlər Azərbaycan tarixinin ən qürurlu və şərəfli günlərindən birini yaşayır. Azərbaycan tarixdə heç zaman bu qədər güclü və müstəqil olmamışdı. Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində dediyi kimi: Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində əldə etdiyi qələbə Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.

Heç şübhəsiz ki, II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

Doğma Qarabağ işğaldan azad olundu qarşıda isə yeni mühüm vəzifələr durur. Birliyimizi qorumaq, Qarabağı yenidən dünyanın ən abad, ən gözəl guşələrindən birinə çevirmək. Əminik ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşərək, birlik və həmrəyliyimizi qoruyaraq bu vəzifənin də öhdəsindən layiqincə gələcəyik.

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş