Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda səyyar şəkildə pirotexniki vasitələr satan şəxs saxlanılıb

Xaçmazda səyyar şəkildə pirotexniki vasitələr satan şəxs saxlanılıb


Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Şəhriyar Məmmədseyidov istifadəsində olan “Priora” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan külli miqdarda partlayıcı maddələr və pirotexniki vasitələr aşkarlanıb.

Şəhriyar Məmmədseyidovun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Mehman
Xəbəri paylaş