Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa və Ermənistan tandemi üzərində parlaq qələbə

Fransa və Ermənistan tandemi üzərində parlaq qələbə


2022-ci il Azərbaycan siyasi arenada Fransa və Ermənistan tandemi üzərində parlaq qələbə qazandı. Ən son olaraq Paris və İrəvan cütlüyü, eko fəallarımızın Laçın-Xankəndi yolundakı dinc aksiyasına fərqli bir don geyindirməklə dekabrın 20-21-də BMT TŞ- nın iclasını çağırdı. Din aksiyanı Humanitar fəlakət kimi təqdim etməyə çalışan rəsmi Paris və İrəvan, ölkəmizi Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri blokadaya almaqla ittiham etməyə çalışdı.

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər qzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, lakin BMT TŞ-ı özlüyündə qərəzli və əsasız iddialar ehtiva edən bəyanatı qəbul etmədi:

"Rusiya, Albaniya, İngiltərə, BƏƏ və s, kimi ölkələr qərarın əlehinə səs verdi və bu fiyasko Ermənistan və Fransa üçün soyuq duş effekti yaratdı. Baxmayaraq ki, rəsmi Paris uzun illər ATƏT-in Minsk qrupunun həmsədri olub, ancaq hər daim ermənipərəst mövqe sərgilməsi ilə seçilmişdir. Fransanın Azərbaycana qarşı düşmən münasibətini bir neçə faktorla əsaslandırmaq olar.

Birinci faktor ölkədə fəaliyyət göstərən erməni lobbisinin təsiridir. Amerikadan sonra ikinci ən böyük erməni lobbisi məhz Fransada fəaliyyət göstərir və həmin lobbinin, ölkə siyasətinə və siyasətçilərə kifayət qədər təsir imkanları genişdir. Fransada hakimiyyətə gəlmək istəyən istənilən siyasi fiqur birmənalı olaraq erməni lobbisinin dəstəyini qazanmağa çalışır və hakimiyyətə gələcəyi təqdirdə lobbinin və Ermənistan dövlətinin lehinə fikirlər və işlər görəcəyini bəyan edir. Məhz Emanuel Makron da həmin siyasilərdəndir. Lakin Fransa kimi bir dövlətin erməni lobbisinin əlində oyuncağa çevrilməsi çox gülünc bir mənzərə yaradır. İkinci faktor isə ümumi türk düşmənçiliyidir. Fransa dövləti və həmin dövləti idarə edən şəxslərin türk xalqlarına qarşı xüsusi bir anti-simpatiyası mövcuddur"

AVP sədrinin qənaətincə, bu səbəblədir ki, rəsmi Paris Azərbaycan və onun ən yaxın müttəfiqi Türkiyənin maraqlarına zidd siyasət həyata keçirir:

"Cənubi Qafqazda Azərbaycana qarşı Ermənistanı dəstəkləyən Fransa, Şərqi Aralıq dənizi və Ege dənizi hövzəsində Türkiyəyə qarşı Yunanıstanı dəstəkləmək və təhrik etmək siyasəti həyata keçirir. Xüsusilə Şərqi Aralıq dənizində zəngin karbohidrogen ehtiyatlarının kəşf edilməsi Parisin iştahını qabardır və iqtisadi maraqları özünün ordada varlıq göstərməsinə təşviq edir. Lakin Ankara Fransanın regionda hər hansı bir şəkildə varlıq göstərməsini istəmir və bunun üçün müxtəlif həmlələr edir. Liviya ilə müxtəlif müqavilələr imzalayan Türkiyə, İtaliya ilə də əlaqələrini genişləndirir. Türkiyənin artan nüfuzundan və gücündən ehtiyat edən Paris, Yunanıstanı təxribatlara provokasiya etməklə Ankaranı zəiflətmək niyyəti güdür. Lakin görünən odur ki, Fransa bu istiqamətdə də məğlub olur. Azərbaycan və Türkiyənin coğrafi, enerji, tranziti imkanları Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində uğurla irəliləyir və bu amil özlüyündə hər iki ölkəyə Avropa məkanında xüsusi dividendlər qazandırır".

Mehman
Xəbəri paylaş